Mühazirə GİRİŞ Qısa tarixi arayış



Yüklə 134,26 Kb.
səhifə19/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

Mühazirə 13. Neft çənlərinin çöküntülərdən təmizlənməsi və dəmirbeton neft çənlərinin konstruktiv xüsusiyyətləri.

Neft çənlərinin istismarı və təmiri zamanı əmələ gələn çökünüləri təmizləmək (yumaq) lazım gəlir. Çöküntülərdən təmizləmək üçün çən 24 saat ərzində giriş və işıq qapaqları açıq olmaq şərtilə buxarla işlənilir. Sonra isə çən küləkləndirilir, soyudulur və su ilə yuyulur.Yuma zamanı temperatur 60 °S-dən, təzyiq isə 0,3 MPa -dan artlq olmamahdtr.


Cənin daxili divarları fasiləsiz olaraq yuyulmalıdır. Əgər çəni təmizləmək üçün buxar mənbəyi yoxdursa, onda çəni su ilə doldurmaq lazımdır. Təmizləmə zamanı istifadə olunan tərtifat və qurqular qığılcım yaratmayan materialdan hazırlanmalıdır. Əgər çənin içərisində işçilər işləyəcəksə, onda çənin içərisindəki zərərli buxar və qazların miqdarı sanitar normasından artıq olmamalıdır. Neft çəninin təmizlənməsi, öyrədilmiş və tibbi komissiya tərəfindən yoxlanılmış xüsusi işçi briqada tərəfindən aparılır və məsul şəxs tərəfindən nəzarət edilir.
Çənin təmizlənməsi işinə baş mühəndis (direktor), təhlükəsizlik texnikası üzrə mühəndis (əməyin mühafizəsi üzrə təlimatı) və yanğından mühafizə işçisi tərəfindən nəzarət olunur. Çənin təmizlənməsi ilə daima məşğul olan işçilər müntəzəm olaraq tibbi müayinədən keçməlidir. Təmizlənməmiş və küləklənməmiş neft çəninin içərisində işçi şlanqlı əleyhiqazla və xüsusi geyimdə işləməlidir. Bu zaman azı iki nəfər xüsusi geyimdə növbədə olmalı və şlanqın vəziyyətinə nəzarət etməlidirlər, lazımı kömək etməlidirlər. İşçi hər 15 dəqiqədən bir təmiz havada olmalıdır.
Çənin içərisində təhlükısiz fənlərdən istifadə olunmalıdır. Çəndə odlu (qaynaq) işlərlə təmirə yanğına qarşı qaydalar üzrə bütün tədbirlər yerinə yetirildikdən sonra baş mühəndisin (direktorun) razılıqı ilə başlamaq olar. Dəmiryolu sistemlərini və neft çənlərini təmizləyərkən, baxış keçirərkən işçilər ZKO-1 və ya KZ-1 tipli mühafizə geyimlərindən (şəkil 8.23, 8.24) istifadə edirlər.
Həmin geyimlər insanın dərisini və nəfəs yolların zərərli və zəhərli maddələrdən qorumaq üçündür. Neft çənlərində çöküntüləri təmizləmək üçün şəkil 8.25-dəki qurğu çəninin içərisində yerləşdirilir. Sxem üzrə ucluqlar çənin dibində elə yerləşirlər ki, onlar çənin dibinin bütün sahəsini əhatə əhatə etsin. Ucluqların tutulmasının qarşısını almaq üçün sistemdə süzgəc, nefti qızdırmaq üçün isə qızdırıcı qoyulmuşdur: Çöküntülər əmələ gəldikcə təmizləyici qurğu vaxtaşırı işə buraxılır.
Neft çənlərində toplanmış çöküntüləri təmizləmək üçün mexanikləşdirilmiş MM-4 tipli yuyucu maşın geniş yayılmışdır. (şəkil 8.26). Həmin maşında yuyucu başlıq ucluqla birlikdə təzyiq altında vurulan yuyucu məhlulun təsiri fırlanır. Yuyucu məhlul nasosla eyni zamanda yuyucu maşına 10 və 0,8-1,2 Mpa (8-12 kqs/sm2) təzyiq altında su ejektoruna 7 vurulur. Yuyucu maşın 10 fırlanaraqçəndəki çöküntüləri və çənin divarını yuyur. Yuyucu mayenin (ML) və qurqunun xarakteristikaları cədvəl ( 8.7 və 8.8.) verilmiş

Cədvəl 8.7.



Göstəricilər

ML-2

ML-22

ML-6

ML-10

Məhlul hazırlanan su

İçməli

İçməli

Dəniz

İçməli

Məhlulun temperaturu, S0

40-80

40-80

40-80

4-40

Yuyucu maddənin qatılığı, %

0,5-1,0

0,2-0,3

0,1-0,3

1,0-1,5

Təkrar istifadə olumaların sayı

4-6

4-6

10-15

6-8

Bu üsulla neft çəninin təmizlənməsinin dəyəri əllə təmizlənmə üsuluna nisbətən 1,5-2 dəfə, əmək xərcləri isə 5 dəfə azdır.


Çədvəl 8.8.

Göstəriciləri

Həcmi 50 m3-ə qədər olan horizontal neft çəni

Həcmi 5000 m3-ə qədər olan horizontal neft çəni

Avadanlığı quraşdırma vaxtı, dəq.

30-60

90-120

Yuyucu maye ilə neft çəninin orta yuyulma müddəti, dəq.

25-50

50-150

Çənin dibinin çöküntülərdən orta təmizləmə vaxtı,dəq.

20-40

60-120

Avadanlığın sökülmə müddəti,dəq.

30-45

60-90

Xidmət edən işçilərin sayı

2

2-3

Dəmirbeton neft çənlərinin konstruktiv xüsusiyyətləri. Neft və neft məhsullarının saxlanmasında şaquli plad çənlərlə yanaşı dəmir beton çənlər də geniş yayılmışdır. Dəmirbeton neft çənləri polad çənlərlə nisbətən aşağıdakı üstünlüklərə malikdirlər:


-korroziyaya davamlı olduğu üçün uzunmüddətli işləmə qabiliyyətinə malikdir;
- neftin buxarlanma itkiləri, çənlər arası məsafə, çənlər parkının sahəsi və
texnoloji kommunikasiyalann uzunlugu azdır;
- çənlərinanlarin tikilməsində poladın sərfi azdır. Məsələn, həcmi 10000- 30000 m3 olan daəmirbeton çənləri üçün paladin sərfi 5-6 kq/m3 təşkil edir
tikilmasina defisit olmayan yerli tikinti materiallan serf olunur.
Demirbeton cənləri formalarına görə silindrik və düzbucaqlı olurlar. Silindrik demirbeton cənləri düzbucaqlıya nisbətən bir sıra ciddi üstünlüklərə malikdirlər. Silindrik çənlərdə əvvəlcədən gərginlikli gövdənin yaradılması, onların möhkəmliyini və etibarlığını xeyli artırır. Demirbeton cənləri yer səthinə nisbətən yerüstü, yarımyeraltı, və yeraltı olurlar.
Yeraltı çənlərin örtüyü yer səthindən adətən 30-60 sm aşağıda olur. Yarımyeraltı çənlərin gövdəsinin yarıya qədəri yer səthindən yuxarıda olur. Yerüstü çənlər isə bütövlükdə yer səthindən yuxarıda olur. Hazırda yanğın təhlükəsizliyinə və temperature rejiminin sabitliyinə görə yeraltı dəmirbeton daha geniş tətbiq olunur (şəkil 8.27).
Düzbucaqlı və silindrik dəmirbeton neft çənlərinin tikinti parametrləri cədvəl 8.9-da göstərilmişdir.

Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin