Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


İnformasiya təhlükəsizliyi baxımından kompüter sistemlərinin və şəbəkələrinin xüsusiyyətləri



Yüklə 2,49 Mb.
səhifə11/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

İnformasiya təhlükəsizliyi baxımından kompüter sistemlərinin və şəbəkələrinin xüsusiyyətləri
Şirkətlər, nazirlik və komitələr səviyyəsində qurulan və bu təşkilatlar çərçivəsində informasiyanın emalı, saxlanılması və ötürülməsini həyata keçirən kompüter sistemlərində və şəbəkələrində (KSŞ) informasiyanın qorunması məsələsi bu gün çox aktualdır. Belə ki, dövlət və hökumət orqanlarında, eləcə də özəl şirkətlərdə yaradılmış kompüter şəbəkələrində informasiya emalı və saxlanması sistemlərində şəxsi, kommersiya və dövlət sirləri təşkil edən böyük həcmdə müxtəlif təyinatlı məlumatlar emal olunur, saxlanılır, rabitə kanalları vasitəsilə ötürülür. 
İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün sistemə və şəbəkəyə girişin idarə olunması, istifadəçilərin identifikasiyası, rabitə kanalları ilə ötürülən məlumatların məzmununun gizlədilməsi, məlumatın, istifadəçinin və şəbəkənin həqiqiliyinin müəyyən edilməsi, imzaların təsdiq olunması, eləcə də rabitə kanallarının, informasiya daşıyıcılarının, xidməti personalın və s. fıziki qorunması həlli tələb olunan məsələlərdir. Bu siyahını çox genişləndirmək olar, lakin qeyd olunanlar KSŞ-də informasiya təhlükəsizliyi probleminə kompleks yanaşmanın zəruriliyini kifayət qədər nümayiş etdirir. 
KSŞ-də informasiyanın təhlükəsizliyinin zəmanətli təmin edilməsi məqsədilə mümkün təhlükələrin qarşısının alımnası üçün sistemdə bütün zəruri üsul və vasitələrin reallaşdırılması və vahid İTS-in yaradılması məsələlərinə kompleks şəkildə baxılmalıdır. 
Məhz buna görə də KSŞ-nin xüsusiyyətlərinin araşdırılması və bu şəbəkələrdə yarana biləcək təhlükələrin təsnif edilməsi, hər bir mümkün təhlükəyə qarşı heç olmasa bir üsul və ya vasitənin reallaşdırılmasını təmin edən təhlükəsizlik sisteminin modelinin qurulması və ona verilən tələblərin müəyyən edilməsi zəruridir. 
Aydındır ki, İTS–in konseptual və riyazi modellərinin qurulması, yaradılma prinsiplərinin elmi əsaslarla işlənməsi yolu ilə KSŞ–də İTS-in fəaliyyətinin effektivliyi təmin edilə və informasiyanın təhlükəsizliyinə zəmanət verilə bilər. 
KSŞ qarşılıqlı əlaqəli kompüter şəbəkələrini, məlumatların emalı və ötürülməsi sistemlərini, telekommunikasiya qurğuları və avadanlıqları kompleksini özündə birləşdirən, qorunması tələb olunan şəbəkə–informasiya fəzasıdır. Onun tərkibinə bir çox funksional elementlər daxil olur. Bu funksional elementləri iki kateqoriyaya ayırmaq olar: əsas və əlavə funksional elementlər.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin