Rəqəmli steqanoqrafiya Rəqəmli steqanoqrafiya – klassik steqanoqrafiyanın rəqəmli obyektlərin müəyyən (cüzi) təhrif olunması hesabına onlarda məxfi informasiyanın gizlədilməsi və ya yeridilməsi prinsiplərinə əsaslanan yeni istiqamətidir. Lakin bir qayda olaraq, qeyd olunan rəqəmli obyektlər multimedia (şəkil, video, audio, 3D–obyektlərin teksturası və s.) obyektləri olduğundan və edilən təhriflərin insanın hissiyyat orqanlarının orta statistik həddini aşmadığından bu obyektlərin gözə çarpan dəyişikliyinə gətirib çıxarmır.
Bundan əlavə, əvvəldən analoq formatında olan rəqəmli obyektlərdə həmişə kvantlama səs-küyü olur. Belə obyektlərin əks etdirilməsi (göstərilməsi, səsləndirilməsi) zamanı əlavə analoq tipli səs–küy və avadanlıqda qeyri-xətti təhriflər əmələ gəlir ki, bu da gizlədilən informasiyanın nəzərə çarpmaması üçün böyük imkanlar yaradır.
Rəqəmli steqanoqrafıyanın tətbiq sahələrindən biri də müasir dövrdə daha çox tələb olunan yeni istiqamətin – müəlliflik hüququnun qorunması sistemlərinin əsasını təşkil edən rəqəmli su nişanlarının (watermarking) rəqəmli obyektlərə qoyulması texnologiyasının istifadəsi ilə bağlıdır. Bu istiqamətdə reallaşdırılan üsullar konteynerə müxtəlif çevrilmələrə (hücumlara) davamlı gizli nişanlama (markerlərin) daxil edilməsinə əsaslanır.
Kövrək və yarım kövrək rəqəmli su nişanları analoq elektron imzası qismində ötürülən imza haqqında məlumatların qorunmasını, eləcə də konteynerin (məlumatların ötürülməsi kanalımn) tamlığının pozulması cəhdlərinin qarşısının alınmasını təmin etmək üçün istifadə olunur.
Məsələn, Adobe Photoshop redaktoruna əlavə işlənib hazırlanmış Digimark proqram bloku bu redaktor vasitəsilə hazırlanan təsvirin özünə müəllif haqqında məlumatı daxil etməyə imkan verir. Təəssüf ki, belə nişan dayanıqlı deyil. Belə ki, Fabien Petitkolas adlı alim tərəfindən işlənib hazırlanmış Stirmark proqramı belə sistemlərə müvəffəqiyyətlə hücum edir və steqoqoyuluşu sındırır.
Ümumiyyətlə, gizli informasiyanın rəqəmli obyektlərə salınması alqoritmlərini bir neçə altqrupa bölmək olar:
rəqəmli siqnallarla işləyən üsullar (məsələn, LSB üsulu);
gizli informasiyanın “lehimlənməsı'”– gizlədilən şəkil (səs, təsvir, mətn) orijinal şəklin (səsin, təsvirin, mətnin) üzərinə qoyulur (məsələn, rəqəmli su nişanlarının qoyulması);
faylların formatlarının xüsusiyyətlərinin istifadəsi – bu zaman gizlədilən informasiya metaverilənlərə və ya faylın digər müxtəlif istifadə olunmayan ehtiyat sahələrinə yazılır.
İnformasiyanın rəqəmli obyektlərə daxil edilməsi üsullarına görə steqanoqrafik alqoritmləri bir neçə yerə ayırmaq olar:
xətti (additiv) alqoritmlər gizlədilən informasiyanın rəqəmli obyektə yeridilməsi ilkin təsvirin xətti modifikasiya etməklə, çıxarılması isə korrelyasiya üsullarının köməyi ilə həyata keçirilir. Bu zaman, adətən, rəqəmli su nişanları konteynerdə olan təsvirə ya əlavə olunur (toplanır), ya da onun içərisində “əridilir”;
qeyri-xətti alqoritmlər gizlədilən informasiyanın rəqəmli obyektə yeridilməsi üçün skalyar və vektor kvantlamasından istifadə olunur.
fraktal kodlaşdınna – informasiyanın rəqəmli obyektin daxilində gizlədilməsi üçün təsvirlərin fraktal kodlaşdırılması üsulları vasitəsilə həyata keçirilir.
Rəqəmli steqanoqrafık üsullara nümunə kimi LSB və Exo üsullarını göstərmək olar.
LSB (Least Significant Bit qiyməti olan ən kiçik bit) üsulu konteynerdə (şəkil, səs və ya videoyazı) daha az əhəmiyyətə malik olan ən kiçik mövqeli (sağdan birinci) bitlərin gizlədilən məlumatın bitləri ilə əvəz edilməsi prinsipi əsasında qurulmuşdur. Bu zaman boş və doldurulmuş konteynerlər arasındakı fərq insanın qavrama orqanları tərəfindən hiss ediləcək dərəcəsini aşmamalıdır.
LSB üsulu bütün növ hücumlara qarşı dayanıqlı deyil və yalnız məlumatların ötürülməsi kanalında səs-küy olmadıqda istifadə oluna bilər.
Exo üsulları rəqəmli audiosteqanoqrafıyada tətbiq edilir. Exo üsulları gizlədilən məlumatın bitləri ardıcıllığını kodlaşdırmaq üçün exo siqnallar arasındakı qeyri–bərabər aralardan (fasilələrdən) istifadə olunur. Bir sıra məhdudiyyətlər çərçivəsində insanların qəbul etməsi üçün hiss edilməzlik (nəzərə çarpmazlıq) şərtinə riayət olunmasını təmin etmək mümkündür. Bu üsullar zaman hücumlarına qarşı dayanıqlı olmasa da, amplitud və tezlik hücumlarına dayanıqlıdır.