Xammal ehtiyatlarının çoxluğu, texnologiyasının sadəliyi, istismarının üzunmüddətliyi keramikanın tikintidə də geniş tətbiqinə imkan verir. Tikinti keramikası dedikdə tikinti kərpici və ondan hazırlanmış bloklar, kirəmit, suvarma və kanalizasiya boruları , klinker kərpici, döşəmə üçün keramik plitələr, binaların daxili və xarici səthini örtmək üçün kərpic və plitələr, sobalar üçün kaşı nəzərdə tutulur.Bunlardan ən çox yayılanı divar keramikaslı sayılan kərpicdir ki, o da ümumi tikinti keramikası istehsalınılnm 50%-ni təşkil edir.