Tərbiyə metodları uşaqların məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin fəaliyyətinin təşkilində, pedaqoq və
şagird kollektivinin fəaliyyətində özünü əks etdirir.
Tərbiyə metodlarıdedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik.
Tərbiyə metodları tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
Tərbiyənin məqsədi və vəzifələri. Məqsəd metodları müəy-yən edir. Məqsəd necədirsə, ona çatmaq metodları da elə olmalıdır.
Tərbiyənin məzmunu. Metodları məzmunca deyil, kon-kret məna ilə düzgün əlaqələndirmək olduqca vacibdir.