Məlumatverici bacarıq və vərdişlər dedikdə, müəllimin ilk növbədə hər hansı bir elmi materialı didaktik yolla şagirdlərə çatdıra
bilməsi başa düşülür. Bunun üçün müəllim həmin materialı şagird-lərin başa düşəcəyi səviyyədə qurmalı, didaktik məsələləri seçməli, onların tətbiq olunma və aşılanma yollarını hazırlamalı və şagirdlərə çatdırmalıdır.
Müəllim tədris materialını şagirdlərə çatdırmaq üçün müvafiq metodlar seçib müəyyənləşdirməli, təlimin texniki vasitələrindən və əyanilikdən istifadə etməlidir. Həmçinin onların inkişaf sistemini hazırlamalıdır.
Bunlarla birlikdə proqramlaşdırılmış, alqoritmləşdirilmiş, in-teraktiv və başqa formalardan, təlim ünsürlərindən istifadə etməklə bərabər, dərsdə əks-əlaqəni yaratmağı da unutmamalıdır.
Müəllimin danışığı şagirdlər üçün aydın olmalıdır. O, məntiqi, qısa və ifadəli danışmağı bacarmalıdır. Müəllim ekskursiyanın növ-lərindən istifadə etməklə onların təşkilini həyata keçirməyi, tədris emalaxanalarında şagirdlərin işini təşkil etməyi bacarmalıdır.
Müəllimin pedaqoji bacarıq və vərdişlərindən biri də səfərbər-edici bacarıq və vərdişlərdir. Şagirdlərin diqqətini səfərbər edib əsas obyektə-təlimə yönəltmək, onlara öyrənməyi öyrətmək, aldıq-ları biliyi praktikaya tətbiq etmək bacarığı aşılamaq, öz işini plan-laşdırmağı bacarmaq və s. səfərbəredici bacarıq və vərdişlərə aiddir. Onu da bilmək lazımdır ki, bu fəaliyyət formaları ilk növbədə müəl-lim tərəfindən icra edilməli, şagirdlər isə onun iştirakçısına çevril-məlidirlər.
Müəllimin inkişafetdirici bacarıq və vərdişləri dedikdə isə, ilk növbədə şagirdlərdə təfəkkürün inkişafına kömək edən metodlar-dan, formalardan istifadə etməyi bacarmaq başa düşülür. Şagirdlərin əqli fəaliyyətini inkişaf etdirmək məqsədilə problem – situasiyalar yaratmaq, onlara qazanmış olduqları bilikləri tətbiq etməyi öyrət-mək, əqli nəticə çıxarmağa, müqayisə aparmağa kömək edən sual və tapşırıqların icrasına istiqamətləndirmək bu qəbildəndir.
Dostları ilə paylaş: |