1. Pedaqoji prosesin dinamikasının prosesdə baş verən dəyi-şikliklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərhverirlər ki, (qanunauyğunluq müvafiq ifadə tərzində təqdim olunma-dığından) pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiyyəti əvvəlki mərhələdəki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf edən qarşılıqlı təsir kimi tədrici, “pilləli” xarakter daşıyır, pillələr arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son nəticə bir o qədər sanballı olar. Deməli, pillələr arasında yüksək nəticələri olan şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər.
2. Pedaqoji prosesdə şəxsiyyətin inkişafının ona təsir edənamillərdən asılılığı. Şəxsiyyətininkişaf sürəti və çatdığı inkişaf sə-viyyəsi 1) irsiyyətdən, 2) təhsil-tərbiyə və təlim mühitindən, 3) təlim, təhsil-tərbiyə fəaliyyətinə cəlb edilməsindən, 4) tətbiq edilən pedaqoji təsir vasitələri və metodlarından asılıdır.
Pedaqoji təsirin səmərəliliyinin təlim, təhsil-tərbiyə prose-sinin idarə olunmasından asılılığı.Pedaqoji təsirin səmərəliliyi
şagirdlərlə müəllimlər arasında əks əlaqənin intensivliyindən,
şagirdlərə göstərilən təsirlərin kəmiyyətindən, xarakterindən və gücündən asılıdır.