MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mövzu 14. XIX əsrin 40-70-ci illərində Azərbaycanda həyata keçirilən islahatlar. XIX əsrin II yarısında mədəni inkişaf



Yüklə 418,25 Kb.
səhifə64/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   60   61   62   63   64   65   66   67   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mövzu 14. XIX əsrin 40-70-ci illərində Azərbaycanda həyata keçirilən islahatlar. XIX əsrin II yarısında mədəni inkişaf.

İnzibati-məhkəmə islahatı. XIX əsrin 30–cu illərində baş vermiş üsyanlar yatırıldıqdan sonra çar hökuməti Cənubi Qafqazda inzibati-idarə sistemini dəyişdirmək və bu sistemi ümumimperiya inzibati-ərazi bölgüsünə uyğunlaşdarmaq üçün islahatlar hazırlamağa başladı. Uzun müzakirələrdən sonra çar I Nikolay 1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv edlməsi və Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun imzaladı. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə komendant idarə üsulu ləğv olunur və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünürdü: 1. Gürcüstan-İmeretiya quberniyasına 2. Xəzər vilayətinə. Quberniya və vilayət qəzalardan, qəzalar isə sahələrdən (nahiyələrdən) ibarət olurdu. Mahalların ləğv edilməsi ilə mahal naibləri olan bəylər idarə işindən uzaqlaşdırılır, onlar ruslardan təyin olunan sahə iclasçıları ilə əvəz edilirdilər. Ali hakimiyyət Qafqazın Baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi ilə Baş İdarə Şurası yaradılmışdı.

1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət, qəza dairə məhkəmələri yaradıldı və məhkəmələr rus dilində aparılırdı. Şəriət məhkəmələri yalnız kəbin-talaq və vərəsəlik məsələlərinə baxırdı. 1844-cü ildə çar hökuməti Cənubi Qafqazda öz mövqeyini daha da möhkəmlətmək üçün Baş İdarə Şurasının əvəzinə canişinlik idarəsi sistemi yaratdı. Qafqaz canişini təyin olunan qraf M.S.Vorontsov çox böyük hərbi və mülki səlahiyyətlərə malik idi və çardan başqa heç kimin qarşısında hesabat vermirdi.

1846-cı il 14 dekabr tarixli çar fərmanı ilə Cənubi Qafqazın inzibati-ərazi quruluşunda ciddi dəyişikliklər edildi: Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayətinin yerində Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyaları təşkil edildi. Sonralar 1849-cu ildə İrəvan quberniyası, 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradıldı. Yeni inzibati-ərazi bölgüsü Azərbaycanın parçalanmasını daha da dərinləşdirdi.

1841-ci ildə hökumət Azərbaycan bəy və ağalarının torpaq hüquqları üzərinə total hücuma başladı. İlk əvvəl Qafqazın Baş İdarə Şurasının hazırlayıb 23 may 1841-ci ildə çar Nikolay tərəfindən təsdiq edilmiş qanuna görə Qazax, Şəmşəddil, Borçalı ağalarının ixtiyarında olan kəndlər müsadirə olunur və əvəzində kəndlilərin hesabına ağalara ömürlük təqaüd təyin edilirdi. Çar tərəfindən təsdiq edilmiş 28 may 1841-ci il fərmanı ilə Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının əllərindən alınması və əvəzində onlara təqaüd ödənilməsi qərara alınmışdı. Hər iki qərar Azərbaycanın sahibkar kəndində böyük narazılıqla qarşılandı. Cənubi Qafqaza xüsusi yoxlama üçün göndərilən hərbi nazir A.İ.Çernışev hökumətin bu addımının «səhv olduğunu» etiraf etdi və nəticədə «təbii rus zadəganlığı» yaratmaq planı boşa çıxdı. Çar I Nikolayın fərmanı ilə 1843-cü ildə ali müsəlman zümrəsinin yaradılmasına icazə verildi və çar Qafqaza göndərdiyi canişini M.S.Vorontsova bu zümrənin hüquqlarını tənzimləyəcək qanun layihəsini hazırlamağı şəxsən tapşırdı.

M.S.Vorontsovun sədrliyi ilə hazırlanmış qanun layihəsi 6 dekabr 1846-cı ildə çar I Nikolay tərəfindən canişinin adına reskript (buyruq) şəklində imzalandı. 6 dekabr 1846-cı il reskripti 12 maddədən ibarət olub, 10-u bəylərin torpaq hüquqlarından, 2-si isə bəy və kəndli münasibətlərindən bəhs edirdi.

Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş və indi də onların ixtiyarında qalan torpaqlar (mülk, tiyul və s.) üzərində onların tam irsi mülkiyyətçilik hüququ təsdiq olunurdu. Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən-nəslə keçirə, sata, bağışlıya, hər hansı şəkildə alqı-satqıya qoya bilərdilər. Yeganə şərt torpağı alan şəxsin ali müsəlman zümrəsinin nümayəndəsi olması idi. Qazax, Şəmşəddil, Borçalı ağalarının da müsadirə edilmiş bütün torpaqları çarın «xüsusi iltifatı» kimi onlara qaytarılırdı. Reskriptə görə bundan sonra rəiyyət, rəncbər, xalisə, nökər və başqa müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad «mülkədar tabelisi» adı verilirdi.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin