Mündəricat Giriş 3 Fəsil 1: İntranet şəbəkəsi və onun strukturu


) Poçt siyahıları və ya"Listserv"



Yüklə 246,81 Kb.
səhifə8/23
tarix13.12.2023
ölçüsü246,81 Kb.
#175862
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
referat 3781

4) Poçt siyahıları və ya"Listserv"
Poçt siyahıları (mail lists), eyni ortaq maraq sahələri olan çox sayda istifadəçiyə eyni e- poçt mesajının göndərilməsinə bənzəyən bir əməliyyatdır. Bu siyahıya abunə olan istifadəçilər, mövzu və başlıq ilə əlaqədar suallar yönəldə və ya davam edən müzakirələrə qatıla bilərlər. E - poçtdan fərqli olaraq, poçt siyahısına abunə olanların, uzun siyahıları tutmağa ehtiyac yoxdur. Siyahının sahibi, siyahını və əlaqədar əməliyyatları davam etdirib dayanan adamdır. Edilməsi lazım olan tək şey, e-poçtun siyahı sahibinə göndərilməsidir. Ondan sonra, e-poçt mesajı avtomatik olaraq bütün siyahıya paylanır. Ən əsas problem, davamlı olaraq dəyişən üzv siyahısının aktual tutulmasıdır. Yeni üzvlərin siyahıya əlavə olunması və üzvlükdən ayrılmaq istəyənlərin siyahıdan silinməsi lazımdır. Bu əməliyyatları avtomatik olaraq icra edən, iki təməl poçt siyahısı proqramı mövcuddur. Bunlar: Listserv və Majordomodur.[28]
İnternet üzərində, fərz edilə biləcək hər hansı bir mövzuda, poçt siyahıları mövcuddur.Bənzər şəkildə, təşkilat intraneti üzərində də poçt siyahıları yaradıla bilər. Bunlardan bir hissəsi, işlərlə bağlı, bir qisimi də hobbi və əyləncəylə bağlı ola bilər. Bu poçt siyahılarında təşkilat içindəki hər kəs iştirak edə bilər. Hətta, şirkətin müxtəlif ölkələrdəki şöbələrindəki işçilər də bu poçt siyahılarında bir yerə gələrək, fikir müzakirələrinə iştirak edə bilərlər. Bir poçt siyahısını istifadə edə bilmək üçün tək lazımlı şey, e- poçta daxilolmadır. Buna görə, yalnız e-poçta daxil olan təşkilatlar üçün, poçt siyahıları gözəl bir variant meydana gətirə bilər. Buna baxmayaraq web skanerlərin daha yayılmış olduğu bir təşkilatda, xəbər qrupları (newsgroups) daha uyğun bir həll olacaq.[32]
2.2 Digər komponentlər
Xəbər qrupları(newsgroup)
Xəbər qrupları, düşünmə formalarına uyğun ardıcıl müzakirələrdən meydana gələr və poçt siyahıları ilə eyni məqsədə xidmət edir. Xəbər qruplarına daxil olmaq üçün, başqa xəbər oxuyucu programından istifadə edilə biləcəyi kimi həm də web browser də xəbər oxuyucusu vəzifəsin yerinə yetirə bilər.
Bir xəbər qrupuna mesaj göndərmək və ya cavab vermək üçün, e -poçt və ya xəbər oxucusunun "cavabla" xüsusiyyəti istifadə edilə bilər. Bu mesajlar daha sonra, digər şəxslərə çata bilməsi üçün bir elan lövhəsinə göndərilir.Beləliklə, xəbər qrupları, bir "Groupware" formasıdır.
Xəbər qruplarının poçt siyahılarına görə ən əhəmiyyətli üstünlüyü, xəbər qruplarının istəndiyində nəzarət edilə bilməsidir. Poçt siyahılarında isə, e -poçt kontrol edilərkən bir e- poçt bombardmanı altında qalınır. Xəbər qrupları, kapitalın istifadəsi baxımından da daha məhsuldardır. Bir poçt siyahısında hər bir üzv hər mesajın surətini eynilə alır.Xəbər qruplarında isə, hər mesajın tək bir kopyası mövcuddur. Hər bir üzv, eyni anda, bu tək kopyaya çata bilər. Ayrıca, xəbər qrupu istifadəçilərinin, poçt siyahılarındakı kimi abunə olma və abunəliyini ləğv etdirmə əməliyyatları yerinə yetirməsi lazım deyil.
Xəbər qrupu tətbiqlərində istifadəçilər, qrupa sual yönəldə və ya maraq sahələrinə girən mövzularda müzakirələrə qoşula bilər. İnternet üzərində iştirak edən"Usenet"xəbər qrupunda, fərz edilə biləcək hər hansı bir mövzuda müzakirə qrupları mövcuddur.Sayları minlərlə ifadə edilməkdədir. Məsələn, yalnız kompüter ilə əlaqədar, yüzlərlə müzakirə qrupu mövcuddur.
Təşkilat intraneti üzərində yaradılan xəbər qrupları üçün bəzi nümunələr bunlar ola bilər:
• Yeni məhsul təkmilləşdiricilər: Bu qrupdakılar öz aralarında,təkmilləşdirmə təqvimini, inkişaf vəziyyətini, problemləri və həllərini müzakirə edə bilərlər.
• Mühəndislər: Müəyyən bir texnoloji mövzuya fokuslanmış mühəndislər, məsələn İnternet üzərində tapdıqları məlumat qaynaqlarını paylaşa və bir-birlərinə, çıxan problemlərdə köməkçi ola bilərlər.
• Kompüter texniki heyəti: Bu şəxslər, müəyyən kompüter tətbiqlərinə istiqamətli məlumatları paylaşa bilərlər.
• İstifadəçilər: Müəyyən tətbiqlər üçün köməyə ehtiyacı olan istifadəçilərə dəstək üçün yaradılmış, bir qrup başçısının hakimliyində idarə edilən qruplardır.
• Hər kəsə istiqamətlənmiş fərdi maraq sahələri: İdman, hobbilər və ya könüllü işlər kimi, fərdi maraq sahələrinə istiqamətli xəbər qruplarıdır.
İnternet üzərində, o mühitə xas davranış formaları (Etiquette) inkişaf etdirilmişdir. Bu qaydalar,"Netiquette"olaraq da adlandırılmaqdadır. İnsanlar, İnternet üzərində digər insanlarla qarşılıqlı əlaqələrində müəyyən davranış formaları və ortaq anlayışları gözləməkdədirlər.Bunlar,xüsusilə fərqli mədəniyyətlər arasındakı səhv anlaşıla bilinəcək məsələləri önləmək baxımından olduqca əhəmiyyətlidir. Bunlara baxmayaraq İnternet üzərində, səhv mənalar olmaqda və bu cür şeylər problemlərə və ziddiyyətlərə gətirib çıxarmaqdadır. Bəziləri isə, bilərək və istəyərək, digərlərinə bu hərəkətləri etməkdədir.
Eyni etik qaydalar intranet üzərində də etibarlı olmalıdır. İntranet üzərində, başqalarını yuxarıdakı hərəkətləri etmək, narahat etmə, təcavüzkar və jarqon ifadələrdəm istifadə müdirlər tərəfindən görülsə nə olacaq? İstifadəçilər, intranet üzərindəki davranış formasının da, ofisdəki digər normal davranış formasından fərqli olmaması mövzusunda xəbərdar edilməsine gərək belə duyulmamalıdır. Buna baxmayaraq təcrübədə müşahidə edilir ki, intranet üzərində istənməyən hadisələr az da olsa ola bilməkdədir və olduğunda, istifadəçilər nəzakətli bir şəkildə xəbərdar edilməlidir.[30]
Bir rəhbərin (və ya hakimin) idarə etdiyi xəbər qrupları və poçt siyahıları ola biləcəyi kimi, heç bir başçının olmadığı xəbər qrup və poçt siyahıları də ola bilər. Hakimin olduğu bir poçt siyahısı və ya xəbər qrupunda, hakim gələn bütün ismarıcları ilk əvvəl qaydalara uyğunluq baxımından nəzarət edər və sonra poçt və ya web saytında paylaşar. O halda soruşulması lazım olan suallardan birincisi, intranet xəbər qrupunun bir hakim nəzarətindəmi çalışıb çalışmayacağıdır? Əgər intranet istifadəsində normal iş qaydalarının etibarlı olduğu üzərində vahid bir razılıq əldə edilərsə, o zaman bir hakimin,başçının tapılmasına ehtiyac olmaya da bilər.

Yüklə 246,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin