Fors-major hallar
Müqavilənin mövzusunu təşkil edən iş SUBPODRATÇI tərəfindən Maddə 2.1-də qeyd edilən müddətdə tamamlanıb müvəqqəti qəbula hazır vəziyyətə gətirilməlidir. Lakin qeyd edilən fors-major hallarından istənilən biri baş verdikdə işin müddəti bu səbəblərin işə təsir etdiyi qədər uzadılır. «Fors-major» əlaqədar tərəfin nəzarəti xaricində olan, adi qayda ilə proqnozlaşdırıla bilməyən və ya qarşısı alına bilməyən və əlaqədar tərəfin bu Müqavilə çərçivəsindəki öhdəliklərini yerinə yetirməsinə mane olan aşağıdakı hallardır:
müharibə, işğal, xarici düşmənlərin hərəkətləri,səfərbərlik
radiasiya və radioaktivlik kontaminasiyası, nüvə yanacağı və ya nüvə yanacağının partlaması
təbii fəlakətlər
Bu Müqavilənin icrası müddətində hər hansı bir fors-major vəziyyəti meydana çıxdıqda, fors major halının təsirinə məruz qalan tərəf digər tərəfə yazılı şəkildə məsələ ilə bağlı izahlı məlumat verməlidir. Bildiriş alan tərəf isə 3 gün ərzində Müqavilənin ləğv olunması və ya davam etdirilməsi haqqda qərar qəbul etməlidir və qarşı tərəfə yazılı şəkildə bildirməlidir.
İstənilən fors-major halının baş verməsi nəticəsində müddətin uzadılması bu Müqavilədə qeyd olunan işlərin tamamlanma tarixindən 15 gündən artıq olmamalıdır. Əks təqdirdə, PODRATÇININ Baş direktoruna məlumat verilir və son qərarın alınması üçün SİFARİŞÇİYƏ bildirilir.
Verilən müddətin uzadılması ilə bağlı hazırlanan yeni iş planı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. İşçi sayında, xüsusi avadanlıq və ya mal/ materiallardakı çatışmamızlıq və ya onların əldə edilməsində çətinliklərin olması və ya ödənişlərin geciktirilməsi və ya əlavə işlərin dəyərlərinin müəyyənləşdirilməsində narazılıqlar müddətin artırılması üçün əsas təşkil etmir.
Bu səbəbdən SUBPODRATÇININ, subpodratçılarının vəya satıcılarının zavodlarında baş verən tətillərin, lokautarın və digər narahatlıq yaradan halların, pis hava şəraitinin, iş üçün içtifadə edilən mal və avadanlıqlarda çatışmamazlıqların mövcud olması SUBPODRATÇININ avadanlıqlarının istehsal edildiyi zavodlarda aparılan təmir işləri və ya yeniləşdirmə işlərinin fors-major halları kimi qəbul edilə bilməyəcəyini və SUBPODRATÇININ işlərin ləngitməsi üçün üzrlü səbəb təşkil etməyəcəyini SUBPODRATÇI öhdəsinə götürür.
Yuxarıda sadalanan hallar məhdud olub şərh yolu ilə genişləndirilə bilməz. Bu maddə çərçivəsində əlavə müddət tələbini ehtiva edən bildiriş, fors-major halları yarandıqdan sonra ən qısa müddətdə göndərilməlidir.
SUBPODRATÇI müddətin uzadılmasını səbəb göstərərək PODRATÇIDAN bu Müqavilə və əlavələrində qeyd olunan hüquqlarından başqa güzəşt vəya tələb irəli sürə bilməz.
Dostları ilə paylaş: |