Naxçivan” universiteti Fakültə : İdarəetmə Kafedra: İdarəetmə İxtisas: Biznesin təşkili və idarəedilməsi Şöbə :Əyani Kurs: II



Yüklə 68,45 Kb.
səhifə5/10
tarix10.10.2022
ölçüsü68,45 Kb.
#64807
1   2   3   4   5   6   7   8   9   10
referat 5104 (2)

Səhmdar cəmiyyəti- təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır.
Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.
Açıq səhmdar cəmiyyəti (ASC) yaradılarkən səhmlər bütün istəyənlərə aydın şəkildə satılır. ASC həmçinin səhmlərin azad satışını həyata keçirmək hüququna malikdir, ASC-də təsisçilərin müəyyən edilmiş minimum sayda səhmləri olmalıdır ki, kənardan onlara qarşı mümkün sui-istifadə, xəyanət hallarını aradan qaldıra bilsinlər. ASC-nin başlıca cəlbedici xassəsi odur ki, onun iştirakçıları başqa səhmdarların razılığı olmadan onlara məxsus səhmləri ala bilərlər.
Qapalı səhmdar cəmiyyətinin (QSC) yaradılması prosesində səhmlər yalnız onun təsisçiləri, yaxud əvvəlcədən müəyyən edilmiş qrup şəxslər arasında bölüşdürülür. Əgər QSC təsisçilərindən biri hər hansı cəmiyyətdən çıxıb öz səhmlərini satmaq istəyirsə, onda həmin səhmləri həmin cəmiyyətin digər üzvləri ala bilər. Yalnız səhmlərin satılması təklifindən 30 gündən 60 günədək müddətdə onları cəmiyyət üzvlərindən alan tapılmazsa, onda üçüncü şəxsə satmaq olar.
Səhmdar cəmiyyətləri dövlət əmlakının özəlləşdirilməsi prosesində orta və iri müəssisələrin əsasında yaradılır. ”Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (1994-cü il) ölkə ərazisində səhmdar cəmiyyətlərin yaradılmasını və fəaliyyətini tənzimləyir.
İstehsal kooperativi- birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə birləşməsidir.
İstehsal kooperativinin üzvləri kooperativin öhdəliklərinə görə onun nizamnaməsində nəzərdə tutulan həcmdə və qaydada məsuliyyət daşıyırlar. İstehsal kooperativinin üzvləri beş nəfərdən az olmamalıdır. İstehsal kooperativinin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı sayılır. Kooperativin icra orqanı idarə heyyəti və onn sədri hesab edilir. Koorparativin mühüm xüsusyyəti ondan ibarətdirki, burada əməkdə iştirakı nəzərə almaqla təkcə mənfəət deyil,həm də ləğv edilən kvota bölünür.
İstehsal kooperativinin üstün cəhətləri aşağıdakılardan ibarətdir:

  1. kooperativin mənfəəti onun üzvləri arasında qoyduqları paya mütənasib deyil, onların əmək töhfəsinə uyğun olaraq bölüşdürülür. Bu qaydada, həmçinin kooperativ ləğv edildikdən və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak bölüşdürülür;

  2. qanunvericiliklə kooperativ üzvlərinin sayının məhdudlaşdırılmaması fiziki şəxslərin kooperativə daxil olmaları üçün böyük imkanlar yaradır;

  3. kooperativin idarə olunmasında bütün üzvlər eyni hüquqa malikdirlər, belə ki, hər birinin yalnız bir səsi vardır.


Yüklə 68,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin