878) Zərərçəkənin döş qəfəsində döş sümüyünün sağ kənarında V qabırğaarası sahədə yara və total hemotoraks vardır. Ən optimal taktika hansı olmalıdır?
A) Sternotomiya
B) Qrillo üsulu ilə torakotomiya
C) Birmomentli ikitərəfli torakotomiya
D) Mono üsulu ilə torakotomiya
E) Sağtərəfli torakotomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
879) Döş qəfəsinin ön tərəfində potensial təhlükəli xarakterə malik olan daxilə nüfuz edən torakoabdominal yaralanma hansı qabırğadan kaudal tərəfdə yerləşir?
A) VIII qabırğa
B) VI qabırğa
C) VII qabırğa
D) IV qabırğa
E) V qabırğa
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
880) Zərərçəkən döş qəfəsinin sağ yarısının deşilmiş-kəsilmiş yaralanmasından 3 saat sonra stasionara çatdırılmışdır,vəziyyəti orta ağırlıqdadır, AT 100/60 mm c.süt., nəbzi 1 dəq-də 100 vurğudur. Qanda Hb 80 q/l-dir. Döş qəfəsinin rentgenoqrafiyası zamanı sağ hemitoraksın total kölgəliyi qeyd edilir. Plevral punksiya zamanı 1500 ml qan xaric omuşdur. Ruvilua-Qrequar sınağı mənfidir. Növbəti taktika necə olmalıdır?
A) Torakoskopiya
B) Təcili torakotomiya
C) Sağ plevra boşluğu arxa qoltuqaltı xətt üzrə VII qabırğaarası sahədə drenə olunmalıdır
D) Qanın tam evakuasiya olunmasına qədər punksiyanı davam etdirmək
E) Infuzion-transfuzion terapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |