Nəzakət səLİmova


Mühasibat  uçotu  sənədlərinin  dövriyyəsinin



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə51/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
           Mühasibat  uçotu  sənədlərinin  dövriyyəsinin 
təşkili və işlənməsi: 
       
 Müasir  şəraitdə  idarə,  müəssisə  və  təşkilatlarda, 
habelə  dövlət  və  bələdiyyə  orqanlarında  külli  miqdarda 
uçot sənədləri və məlumatları yığılır. Onların formalaşma-
sı ilkin tərtibatdan başlayaraq mühasibat uçotu prinsipləri-
nə  uyğun  registrlərdə  əks  olunur.  Bütün  mühasibat  uçotu 
sənədlərinin  rəsmiləşdirilməsinə  başlanandan,  onların 
müəyyən formaya salınaraq, formalaşdıqdan sonra saxlan-
mağa (arxivə) verilməsi sənəd dövriyyəsi adlanır. 
         Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələrdə  müha-
sibat  uçotunun  düzgün  təşkili,  sənədlərn  vaxtında  tərtib 
olunması  və  saxlanılmağa  təhvil  verilməsinin  əhəmiyyəti 
böyükdür.Sənəd  dövriyyəsinin  təşkili  qrafikasının,  uçot 


98 
 
informasiyalarının işlənməsi, onların sənədlərdə əks olun-
ması,  hazırlanması  metodikasını  müəyyənləşdirməsi  və 
yerinə yetirilməsinə daima nəzarət bilavasitə baş mühasibə 
həvalə olunmuşdur.      
         Mühasibatlığa  daxil  olan  sənədlərdə  icra  olunan 
təsərüfat əməliyyatlarının,hesabların və  onlarda  əks olun-
muş  uçot  göstəricilərinin  yekunlarının  düzgünlüyü  və 
məqsədyönlülüyü,  sonra  isə  onlarda  əks  olunmuş  icraçı 
şəxslərin  imzalarının  həqiqiliyi  yoxlanılır  və  aşkar  olun-
muş  səhvin  əsası,  onun  mənası  və  xarakteri  müəyyənləş-
dirilir.Həmin  səhvlər  düzəldikdən  sonra  mühasibat  uçotu 
hesabları üzrə yazılışlar aparılır. 
         «Mühasibat uçotu haqqında» Azərbaycan Respubli-
kasının  Qanununun  17-ci  maddəsinə  əsasən,  müəssisə 
uçot sənədlərini, mühasibat registrlərini və mühasibat  he-
sabatlarını  qoruyub  saxlamağa  borcludur.  Sənədlərin 
saxlanması  müddəti  Azərbaycan  Respublikası  Nazirlər 
Kabineti  yanında  Baş  Arxiv  İdarəsi  tərəfindən  müəyyən 
edilir. 
         Mühasibat  uçotunun  hesab  planı,  mühasibat  uçotu 
üzrə  təlimatlar,  kodlaşdırma  üsulu,  müasir  maşınlar  üçün 
proqram məhsulları və onlardan istifadə qaydaları, əvvəlcə 
istifadə edilən uçot üsulları və bunlar əsasında tərtib edilən 
mühasibat hesabatlarını təmin etmək məqsədi ilə beş ildən 
az olmayaraq mühasibatda saxlanılır. 
      Müəssisələrdən uçot sənədlərinin götürülməsi mövcud 
olan  qanunçuluğa  görə  ancaq  məhkəmə,  prokurorluq  və 
digər istintaq orqanlarının qərarı əsasında aparıla bilər. Bu 
halda müəssisə baş mühasibi götürülən sənədlərin surətini 
çıxarıb, sənəd kimi saxlaya bilər. 
                         


99 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin