60
Ba t a r e y a h a q q ı n d a m ə l u m a t
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik
rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş
batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir
neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç
vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu
istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa
qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində
metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş
verə bilər. Terminalların qısa qapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
|