Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə179/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   175   176   177   178   179   180   181   182   ...   621

● Ayə 9:


﴿أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا﴾

Yoxsa güman edirsən ki, Kəhf əshabı və Rəqim Bizim qəribə nişanələrimizdəndir?”



Nöqtələr


● “Rəqim” dedikdə, Kəhf əshabının əhvalatı yazılmış lövhə nəzərdə tutulur. Onların adı bu lövhədə qeyd olunmuşdur. “Kəhf” sözü böyük mağara mənasını bildirir.

● Ayədə deyilir: Bir neçə nəfəri mağarada yatırdıb sonradan oyatmaqdan da mühümü yer üzündə çoxsaylı gözəlliklər yaradıb, sonradan onları məhv etməkdir. İlahi qüdrət qarşısında Kəhf əshabının macərası o qədər də təəccüb doğurmur.

● Kəhf əshabının əhvalatı həzrət İsadan sonra, İslam Peyğəmbərindən (s) öncə, Rum məmləkətində, Efsus şəhərində, Dəqyanus adlı zalım hakimin zamanında baş vermişdir. Bu macəranın hicrət, ilahi yardımlar kimi ibrət dərsləri var. Uyğun həqiqətlər məkan, zaman və kəmiyyət məhdudiyyətinə sığmır.

Zahirən belə görünür ki, Kəhf əshabı və Rəqim eyni bir qrupun adıdır. Bəzilərinin nəzərincə, Rəqim Kəhf əshabının yaşadığı məntəqənin adıdır. Bəzi təfsirlərdə isə Rəqim əshabının kəsb və ticarət üçün evdən çıxan 3 nəfərdən ibarət olduğu qeyd edilir. Onları yolda yağış tutur və bir mağaraya sığınırlar. Dağdan uçan bir daş mağaranın girişini bağlayır və bu 3 nəfər mağarada qalır. Onların hər biri həyatı boyu gördüyü ən xeyir və xalisanə işi xatırlayır. Onlar Allahdan bu əməlləri müqabilində qurtuluş diləyirlər. Hər biri öz xeyir əməli haqqında danışdıqda mağaranın girişindəki daş azca tərpənir. Nəhayət, həmin adamlar xilas olurlar. Həzrət Peyğəmbər (s) bu əhvalatı nəql etdikdən sonra buyurdu: ”Allahla olan hər kəs nicat tapar.”1




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin