Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə279/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   275   276   277   278   279   280   281   282   ...   621

● Ayə 87:


﴿قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَى رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًا﴾

(Zül-Qərneyn) dedi: «Zülmkara əzab verəcəyik. Sonra Rəbbinə doğru qaytarılar və Rəbbi ona ağır əzab verər.»”



● Ayə 88:


﴿وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاء الْحُسْنَى وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا﴾

İman gətirib saleh iş görənin isə üstün mükafatı var və onun üçün Öz tərəfimizdən bir asanlıq müəyyənləşdirəcəyik.”



Bildirişlər


1. Küfr və şirk zülmdür. İman qarşısında küfr əvəzinə zülm sözü işlədilmişdir.

2. İslam hökumətinin müşriklərlə sərt davranmaq haqqı var.

3. Zül-Qərneyn sitəmkarların tövbə edəcəyinə ümid bəsləyirdi. Ona görə də cəzaya əl atmağa tələsmirdi.

4. Dünya əzabı axirət əzabına mane olmur.

5. Dünya cəzası məlumdur, axirət əzabı isə müəyyənləşməyib.

6. Yaxşılar və pislərlə eyni cür davranmaq olmaz. İstər fərdi, istər dövləti baxımdan bu prinsip əsas götürülür.

7. Zül-Qərneyn ilahi əmrlərin icraçısı idi. Ötən ayədə ona yaxşı davranış əmr olunur.

8. İlahi rəhbərlər xalqa asan qanunlarla hakimlik etməlidirlər.

9. Sitəmkarlarla sərt, möminlərlə mülayim rəftar ilahi rəhbərlərin üslubudur.

10. İlahi rəhbər və hakimin vəzifəsi ədalətin icrası, zülmlə mübarizə və ictimai məhdudiyyətləri müəyyənləşdirməkdir.

11. Təşviq və mükafatlandırmada cürətli olun. Cəzalandırmağa isə tələsməyin. “Sin” hərfi sürət, “sovfə” sözü isə təxir nişanəsidir.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin