Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə310/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   306   307   308   309   310   311   312   313   ...   621

● Ayə 12:


﴿يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا﴾

Ey Yəhya! (İlahi) kitabı möhkəm tut. Uşaq vaxtı ona hikmət (və nübuvvət) verdik.”



● Ayə 13:


﴿وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا﴾

Yenə ona Öz tərəfimizdən mehribanlıq və paklıq əta etdik. O, təqvalı idi.”



Nöqtələr


● “Hukm” sözü elm və fəhm (“Lisanul-ərəb”), mühakimə gücü (“Qamusul-Quran”) mənalarında işlədilmişdir. “Təfsire-Əl-mizan” da oxuyuruq: “Hukm” dedikdə ilahi maarifdən xəbərdarlıq və qeyb pərdələrinin kənara çəkilməsi başa düşülür.

● Üç şəxs uşaq yaşında peyğəmbərliyə çatmışdır: Süleyman, İsa və Yəhya. İmamət məqamı da uşaq yaşında üç nəfərə verilmişdir. İmam Cavad (ə), imam Hadi (ə) və imam Mehdi (ə).1

Bəziləri bildirirlər ki, Yəhya adı “Əhdi-cədid” kitabında “Yuhənna” kimi qeyd olunmuşdur.

Ola bilsin ki, burada səmavi kitab dedikdə Tövrat nəzərdə tutulmuşdur. Çünki həzrət Yəhyaya başqa bir kitabın nazil olması haqqında məlumat yoxdur.

● “Bəqərə” surəsinin 63 və 93-cü ayələrində də göstəriş verilir ki, səmavi kitabdan möhkəm tutun.

● “Hənan” sözü şəfqət və mehribanlıq mənasını bildirir. Allahın Yəhyaya, Yəhyanın Allaha mehri, xalqın Yəhyaya və Yəhyanın xalqa məhəbbəti Allah tərəfindən mehribanlığın bir işartısıdır.

● Allah yolu bütünlüklə mərhəmətdir: Allah Rəhmandır, onun peyğəmbəri və kitabı aləmlərə rəhmət, insanları isə öz aralarında bir-birlərinə mehribandırlar.1

● “Zəkat” dedikdə sədəqə, inkişaf, günahdan paklıq və bərəkət mənaları anlaşılır. Yəhya həzrət Zəkəriyya üçün mübarək hədiyyə, pak və kamil insan nümunəsi idi.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin