Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə328/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   324   325   326   327   328   329   330   331   ...   621

● Ayə 34:


﴿ذَلِكَ عِيسَى ابْنُ مَرْيَمَ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ﴾

Budur İsa Məryəm oğlu–haqqında şəkkə düşdükləri doğru söz.”



● Ayə 35:


﴿مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ سُبْحَانَهُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ﴾

Allahın özünə övlad götürməsi Ona layiq deyil. O, pak-pakizədir. Bir iş görmək istədikdə elə ki, «ol» deyər, dərhal olar.”



Nöqtələr


Ötən bir neçə ayədə İsa yeddi üstün sifət və iki proqramla tanıtdırıldı. Həmin sifətləri nəzərdən keçirək: Allaha bəndə olması, səmavi kitab gətirməsi, peyğəmbərliyi, mübarəkliyi, anaya yaxşılığı, qəddar olmaması, təvazökarlığı (haqşünaslığı və səadət əhli olması).

Həzrət İsanın iki proqramından biri namaz, digəri zəkat idi. Ayədə buyuruldu ki, İsa haqqındakı doğru söz hazırda deyilənlərdir.

Allah-təala Quranda məsihilərin öz yollarını azdığını və Həzrət İsa haqqında düzgün düşünmədiklərini dəfələrlə bəyan etmişdir. “Maidə” surəsinin 73-cü, “Tövbə” surəsinin 30-cu ayələrində uyğun nöqtələr tənqid olunur. Hazırda isə həzrət İsanın həqiqi siması bəyan edilir, doğru yol göstərilir.

Allahın istəyinin gerçəkləşməsi üçün heç “ol” sözünə də ehtiyac yoxdur. Amma Allah bizə anlatmaq üçün bu şəkildə bəyan edir.

Allah mütləq qüdrət sahibidir və yaradarkən heç bir vasitəyə ehtiyac duymur. Onun sonsuz qüdrəti aciz olmamasının və övlad götürməməsinin dəlilidir.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin