Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə380/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   376   377   378   379   380   381   382   383   ...   621

● Ayə 81:


﴿وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِّيَكُونُوا لَهُمْ عِزًّا﴾

Bir Allah əvəzinə (yalançı) tanrılar seçdilər ki, bu yolla izzətə çatsınlar.”



● Ayə 82:


﴿كَلَّا سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا﴾

Heç vaxt (bu arzuya çatmazlar), tezliklə, məbudlar onların pərəstişini inkar edəcək və onlara müxalif çıxacaqlar.”



Nöqtələr


Əllamə Təbatəbai bildirir ki, “kəlla səyəkfurun” cümləsi iki cür təfsir olunur:

a) Müşriklər öz ibadətlərini inkar edib bütlərə müxalif olacaqlar;

b) Zalım güclər və bütlər müşriklərə şəfaət və izzət vermək əvəzinə, onlara qarşı qiyam qaldıracaqlar. Quranda bu mənanı təsdiqləyən başqa ayələr də var.1

“Əziz” dedikdə bütün zərər və şərdən amanda olan qalib və nüfuzolunmaz nəzərdə tutulur.

İmam Sadiq (ə) buyurur: “Alihə” dedikdə xalqın itaət edib izzət gözlədiyi rəislər nəzərdə tutulur.2 Zalım güc və şeytan kimi məbudların öz ardıcılları ilə müxalifliyi aydın məsələdir. Ola bilsin ki, daş, ağac və digər cansız bütlər qiyamət günü Allahın irdəsi ilə dilə gəlib onlara pərəstiş edən müşriklərə qarşı çıxsınlar.3

İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Ayədə ibadət deyərkən səcdə və rüku nəzərdə tutulmamışdır. Bu ibadət tabeçilik mənasındadır. Bir məxluqa itaət etməklə günaha batan insanın itaəti bir növ pərəstişdir.4



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin