Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbü’l-Qasım Qanət ibn Əli ibn Əhməd Naxçıvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə26/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

Əbü’l-Qasım Qanət ibn Əli ibn Əhməd Naxçıvani 

                                                 

980

  TAŞKÖPRÜZADƏ,  Şəqaiqü’n-Numaniyyə,  s.  214;  ƏDNİRƏVİ,  Təbəqatü’l-Müfəssirin,  s.  170-171;  KATİB  ÇƏLƏBİ, 



Kəşfü’z-Zünun, C. II, s. 381, 669, 1233; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 282. Ədnirəvi digər alim haqqında məlumat 

verən  digər  müəlliflərdən  fərqli  olaraq  onun  ‚İbn  Əlvan  ər-Rumi‛  ləqəbi  ilə  tanındığını  və  902-ci  ildə  (1497)  vəfat 

etdiyini qeyd etmişdir.  


Mühəddis idi. H. 591-ci (1195) ildə Qəzvində bu şəhərin qazisi Hüseyn ibn Əhməd ibn 

Bəhramdan  və  digər  başqa  alimlərdən  hədis  dərsləri  almışdı

981

.  Ölüm  tarixi  məlum 



deyil.  

 

Əbu Səid Sələmə ibn Bəndar ibn Hüseyn əl-Ərməniyyi Naxçıvani 

Əslən Ərməniyyədən olan azərbaycanlı mühəddis idi. Naxçıvanda yaşamış, daha sonra 

Bağdada  getmiş  və  orada  Əbu  Bəkr  Süfyan  ibn  Səid  əl-Misri,  Muhəmməd  ibn  Əli  ibn 

Əbü’l-Hədid  əl-Misri,  Bəkr  ibn  Əhməd  ət-Tunisi,  Muhəmməd  ibn  Ömər  əd-

Dəməşqidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbü’l-Həsən  Muhəmməd  ibn  Əhməd  əl-

Bəzzaz  Bağdadi  ondan  hədis  dinləmişdi

982


.  Ölüm  tarixi  məlum  deyil.  IX-X  əsrlərdə 

yaşamışdır. 

 

Şeyx  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  İbrahim  ibn  Muhəmməd  ibn 

Əbdürrəhman Naxçıvani  

Şafi’i məzhəbinə mənsub mühəddis idi. İbrahim ibn Əli ibn Muhəmməd ibnü’l-Hübubi, 

Əli  ibn  Muhəmməd  ibn  Harun,  Əli  ibn  Ömər  Vani,  Əbü’l-Abbas  Əhməd  ibn 

Muhəmməd  Məqdisi,  Əbdürrəhim  ibn  Əbdülmühsin  əl-Minşavi  və  Əbü’l-Həsən  Əli 

ibn  İsa  ibnü’l-Qəyyimdən

983


  hədis  dinləmişdi.  Şeyx  Şəmsəddin  Muhəmməd  Naxçıvani 

zahirən  xoş  simalı  olmaqla  yanaşı,  ləyaqətli,  cəsur  və  dərin  zəka  sahibi  insan  idi. 

Qahirədəki  ‚Səidü’s-Süəda‛  xanəgahının  şeyxi  idi  və  burada  hədis  tədrisi,  irşad  və 

mənəvi tərbiyə ilə məşğul olmuşdu. Şeyx Şəmsəddin Naxçıvani H. 21 məhərrəm 738-ci 

ildə  (19  avqust  1337)  şeyxi  olduğu  xanəgahında  vəfat  etmiş  və  Sufiyyə  qəbristanında 

dəfn edilmişdi

984

.  


 

Şeyx Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Muhəmməd Naxçıvani 

                                                 

981

 RAFİ’İ, Tədvin, C. IV, s. 76. 



982

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426. 

983

 Bu şəxs məşhur mühəddis Şəmsəddin ibnü’l-Qəyyim əl-Cəvziyyə (öl. 1350) deyil, başqasıdır. 



984

 İBN RAFİ’, əl-Vəfayat, s. 9; MƏQRİZİ, Kitabü’l-Müqəffə, C. V, s. 99. 



Şafi’i məzhəbinə mənsub fəqih idi. h. 645-ci ildə (1247) Anadoluda, Ağsaray şəhərində 

anadan olmuşdu. Təhsil almaq məqsədiylə Anadoludan Misirə getmişdi. Misirdə şeyx 

Şəmsəddin  əl-İsbəhaninin  tələbəsi  olmuş,  ondan  fiqh  və  fiqh  üsulu  dərsləri  almışdı. 

Təhsilini bitdikdən sonra Misirdəki əl-Fəyyum mədrəsəsində tədrislə məşğul olmuşdu. 

Daha  sonra  Bəybarsiyyə  xanəgahı  şeyxliyinə  təyin  olunmuş,  burada  irşad  və  mənəvi 

tərbiyə ilə məşğul olmuşdu. Bu xanəgah Qahirədən şimalda, Nil deltasında yerləşirdi. 

Şeyx  Şəmsəddin  Naxçıvani  bütün  Misirdə  xeyirxah,  fəzilətli  və  saleh  insan  kimi 

tanınmışdı. O, h. 13 zilqədə 722-ci ildə (23 noyabr 1322) vəfat etmişdi. Cənazəsi Qahirə 

yaxınlığındakı  Babü’n-Nəsr  adlanan  yerə  gətirilmiş  və  cənazə  namazını  Misirin  baş 

qazisi Bədrəddin Muhəmməd ibn Cəmaə qıldırmışdı. Alim Babü’n-Nəsrdəki əs-Sufiyyə 

qəbristanında dəfn edilmişdi

985


.   

 

Əbü’l-Abbas Əhməd ibn Hüseyn ibn Nəbhan Naxçıvani 

Hədis ravisi idi. Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvanidən hədis dinləmiş və 

nəql  etmişdi.  Hədis  hafizi  Əbu  Abdullah  Naxçıvani  və  Əbu  Hatim  Əbdürrəhman 

ibnü’r-Rəvvas Naxçıvani də Naxçıvanda onun dərslərində iştirak etmiş və ondan hədis 

dinləmişdilər

986

. Ölüm tarixi məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.  



 

Əbü’l-Fəzl Xudadad ibn Asim ibn Bəkran Naxçıvani    

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  O,  Gəncədə  kitabxana  xəzinədarı 

işləmişdi.  Bağdad  və  bir  sıra  digər  şəhərlərdə  olmuş,  buradakı  ravilərdən  hədis 

dinləmişdi. Əbdülkərim ər-Rafi’inin yazdığına görə Əbü’l-Fəzl Xudadad Naxçıvani bir 

müddət  Qəzvində  olmuş  və  burada  mühəddis  İbrahim  ibn  Hümeyr  əl-Xiyaricidən 

hədis  dinləmişdi

987

.  Onun  hədis  dinlədiyi  mühəddislərdən  Əbu  Nəsr  Əbdülvahid  ibn 



Hubeyrə  Qəzvini,  Həsən  ibn  Əli,  Əbu  Müslim  Əbdürrəhman  Nəhavəndi,  Əbu  Saleh 

Şueyb ibn Saleh Təbrizinin adlarını sadalamaq olar. Əbü’l-Müfərrəc ibn Əbu Abdullah 

Naxçıvani  ondan  hədis  dinləmişdir.  Məşhur  bioqraf  və  tarixçi  Əli  ibn  Hibətullah  ibn 

                                                 

985

 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 279. 



986

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437; İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 376. 

987

 RAFİ’İ, Tədvin, C. III, s. 22. 



Makula  (öl.  1082)  öz  əsərində  Gəncədə  onun  tələbəsi  olduğunu  və  ondan  hədis 

dinlədiyin qeyd etmişdi

988

. Əbü’l-Fəzl Xudadad Naxçıvaninin ölüm tarixi məlum deyil. 



XI əsrdə yaşamışdır.  

‚Mu’cəmü’l-Büldan‛  xaricində  alim  haqqında  məlumat  verən  bütün  mənbələr  onun 

adını ‚Xudadad‛ olaraq qeyd edirlər. Sadəcə Yaqut əl-Həməvi öz əsərində alimin adını 

‚Həddad‛  olaraq  qeyd  etmişdir.  Mərhum  akademik  Ziya  Bünyadov  da  onun  adını, 

Yaqut əl-Həməviyə istinadən, ‚Həddad ibn Bəkran Naxçıvani‛ olaraq qeyd etmişdir

989


.  

 

Şeyx Əli ibn Əhməd əs-Səudi Naxçıvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Qahirədə  yaşamış,  bu  şəhərin  Babü’l-Qunturə 

səmtindəki zaviyədə irşadla məşğul olmuşdu. H. 19 ramazan 740-cı ildə (19 mart 1340) 

vəfat etmişdi. Onun cənazə mərasimi xeyli izdihamlı olmuşdu. Qahirə əhalisi ilə yanaşı, 

şəhərin bütün qaziləri və fəqihləri onun dəfnində iştirak etmişdilər

990

.  


 

Hafiz Əbu Abdullah Naxçıvani 

əl-Mişkani ləqəbi ilə tanınan alim yaşadığı dövrün məşhur hədis hafizlərindən biri idi. 

O, həmçinin şafi’i məzhəbi üzrə fəqih idi. Əbü’l-Abbas Əhməd ibn Hüseyn ibn Nəbhan 

Naxçıvanidən  hədis  dinləmiş  və  nəql  etmişdi

991

.  Ölüm  tarixi  məlum  deyil.  XI  əsrdə 



yaşamışdır. 

 

Əbü’l-Müfərrəc ibn Əbu Abdullah Naxçıvani 

Hədis  ravisi  idi.  Hafiz  Əbu  Abdullah  Naxçıvaninin  oğlu  idi.  Atasından  və  Əbü’l-Fəzl 

Xudadad Naxçıvanidən hədis dinləmiş və nəql etmişdi

992

. Ölüm tarixi məlum deyil. XI-



XII əsrlərdə yaşamışdır. 

                                                 

988

  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  IV,  s.  426;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  II,  s.  156,  C.  VI,  s.  437;  İBN 



MAKULA, İkmal, C. I, s. 142, C. II, s. 459.   

989


  Bax:  BÜNYADOV,  Azərbaycan  Atabəyləri  Tarixi,  s.  231.  ‚Həddad‛  ərəb  dilində  dəmirçi  mənasını  ifadə  edir. 

‚Xudadad‛ isə kifayət qədər yayğın addır və fars dilində ‚Allahın verdiyi, Allahverdi‛ mənasını ifadə edir. 

990

 İBN RAFİ’, əl-Vəfayat, s. 29. 



991

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437; ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 379.  

992

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437; ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 379-380. 



 

Fəxrəddin Əbü’l-Qasım Əli ibn Nəmim ibn Xələf Naxçıvani 

Qari  idi.  Həmçinin  hədis  dərsləri  vermişdir

993

.  Ölüm  tarixi  və  ya  yaşadığı  dövr 



haqqında İbnü’l-Fuvati heç bir məlumat verməmişdir. 

 

Əbu Abdullah Muhəmməd ibn Yusif Naxçıvani 

Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbu Bəkr ibnü’l-Cəndi və digər alimlərdən 

öyrənmişdi.  Qahirədəki  Zahiriyyə  və  Bəybarsiyyə  mədrəsələrində  ‚sədrü’l-qurra‛

994



yəni  Qur’an  qiraəti  dərsləri  verən  müəllimlərin  başçısı  idi.  Misirdə  onun  qiraət 



dərslərində  çox  sayıda  tələbə  iştirak  edirdi.  Alim  h.  811-ci  ilin  şaban  ayında  (yanvar 

1409) vəfat etmişdi

995



 



Şihabəddin Əhməd ibn Həsən ibn Əli ibn Abdullah Naxçıvani 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Mədinədə  yaşamışdı.  H.  891-ci  ildə  (1486) 

Qahirəyə  getmiş,  buradakı  alimlərin  yanında  müxtəlif  elmi  biliklərə  yiyələnmiş,  daha 

sonra Mədinəyə qayıtmışdı. Mədinədə hərameynin hənbəli qazisi Şərif əl-Muhyəvinin 

yanında  imam  Buxarinin  ‚Səhih‛  adlı  hədis  külliyatını  oxumuşdu.  Daha  sonra 

Şəmsəddin  Marağinin  tələbəsi  olmuşdu.  Mədinə  şəhərində  yaşayıb  elmi  fəaliyyət  və 

tədrislə  məşğul  olan  Şihabəddin  Əhməd  Naxçıvani  təqribən  h.  920-ci  ildə  (1514)  bu 

şəhərdə vəfat etmişdi

996

.  


 

Şeyx Şihabəddin Əhməd ibn Mahmud ibn Muhəmməd əl-Cə’fəri Naxçıvani 

Şeyx  seyyid  Şihabəddin  Əhməd  şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Dəməşqdəki 

Sümeysatiyyə xanəgahının şeyxi olmuş, burada fiqh dərsləri ilə yanaşı mənəvi tərbiyə 

                                                 

993

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 239. 



994

  Müasir  təhsil  sistemi  ilə  müqayisə  edəcək  olsaq  bu  ‚Qur’an  qiraəti  kafedrası  müdürlüyü‛  kimi  vəzifədir  deyə 

bilərik.  

995


 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 734. 

996


 Şəmsəddin Əbü’l-Xeyr Muhəmməd ibn Əbdürrəhman əs-SƏXAVİ, Tuhfətü’l-Lətifə fi Tarixi’l- Mədinətü’ş-Şərifə, C. I, 

s. 67, Qahirə 1958. 



və  irşadla  da  məşğul  olmuşdu.  Şeyx  Şihabəddin  Əhməd  h.  781-ci  ilin  şəvval  (yanvar 

1380) ayında vəfat etmişdi

997



 



Vəzir Fəxrəddin Əbü’l-Fəzl Muhəmməd ibn Deyləmşah ibn Muhəmməd Naxçıvani 

Əsilzadə  və  vəzir  ailəsində  yetişmiş  şəxs  idi.  Eldənizlilərin  hakimiyyəti  dövründə 

(1136-1225)  Naxçıvanda  divanü’l-istifada

998


  qulluq  etmişdir.  Lakin  o,  bütün  var-

dövlətini,  vəzifəsini  və  dünya  işlərini  buraxaraq  Əhərə  getmişdi.  Burada  sufi  şeyxi 

Qütbəddin  Əbdülqadir  ibn  Həmzə  Əhərinin  xidmətinə  daxil  olmuş  və  onun  əlindən 

xirqə  geyərək  təsəvvüf  yoluna  qədəm  qoymuşdu.  İbnü’l-Fuvati  Fəxrəddin  Əbü’l-Fəzl 

Naxçıvanini h. 659-cu (1261) ildə Əhərdə gördüyünü, onun kafirlərin (ehtimal ki, moğol 

əsgərlərini  nəzərdə  tutur)  əlindən  qaçdığını  qeyd  etmişdir.  İbnü’l-Fuvati  yazır:  ‚onu 

daha  sonra  h.  670-ci  ildə  (1272)  Marağada  gördüm.  Nəsirəddin  Tusi  (öl.  1274)  onunla 

görüşmüş,  ona  ehtiramını  bildirmiş  və  onu  təqdir  etmişdi‛.  İbnü’l-Fuvatinin 

bildirdiyinə  görə  Fəxrəddin  Əbü’l-Fəzl  Naxçıvani  həmçinin  şair  idi  və  farsca  gözəl 

şerlər deyirdi. Fəxrəddin Əbü’l-Fəzl Naxçıvani h. 678-ci ilin rəcəb ayında (noyabr 1279) 

vəfat etmişdi

999


.  

 

Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah əs-Sahibi Naxçıvani 

XIII-XIV  əsrlərdə  yaşamış  azərbaycanlı  tarixçi,  dövlət  xadimi,  siyasət  nəzəriyyəçisi, 

filoloq  və  ədib  idi.  Naxçıvanın  Gilan  qəsəbəsində  dünyaya  gəlmişdi.  Bu  qəsəbənin 

qalıqları  indi  Xaraba-Gilan  adlanır  və  Ordubad  rayonun  Kələntər-Dizə  kəndi 

yaxınlığında  yerləşir

1000

.  Hinduşah  Naxçıvani  Bağdadda,  Müstənsiriyyə  mədrəsəsində 



təhsil  almış,  daha  sonra  bu  mədrəsədə  dərs  vermişdi.  O,  qardaşı  Seydəddin  Mahmud 

Naxçıvani  ilə  birlikdə  Elxanilərin  sarayında  qulluq  etmişdi.  Elxanilərin  vəzirlərindən 

sahibi-divan  Əlaəddin  Ətaü’l-Mülk  Cüveyni  və  onun  oğlu  Şəmsəddin  Muhəmmədlə 

yaxın  münasibətləri  səbəbiylə  ‚əs-Sahibi‛  ləqəbi  ilə  tanınmışdı.  H.  674-cü  (1275)  ildə 

                                                 

997


 İBN HƏCƏR, İbnai’l-Ğumr, s. 64. 

998


  Divanü’l-İstifa-Maliyyə  nazirliyi.  Müstəvfi-maliyyə  müfəttişi.  Fəxrəddin  Əbü’l-Fəzl  Naxçıvani  ‚vəzir‛  titulu 

daşıdığı üçün böyük ehtimalla sahibi-divanü’l-istifa (baş müstəvfi), yəni maliyyə naziri olmuşdur.  

999

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 325. 



1000

 Xaraba-Gilan haqqında ətraflı məlumat üçün bax: Bəhlul İBRAHİMOV, ‚Qorodişe Xaraba-Qilan‛, İrs Jurnalı, № 

1 (19), Bakı 2006, ss. 24-27.  


Seyfəddin  Mahmud  Naxçıvani  Elxanilər  tərəfindən  Kaşan

1001


  hakimliyinə,  qardaşı 

Hinduşah  Naxçıvani  isə  onun  naibliyinə,  köməkçiliyinə  təyin  olunmuşdu.  Ömrünün 

son illərində isə Hinduşah Naxçıvani Luristan atabəylərindən Nüsrətəddin Əhməd ibn 

Yusifşahın  (1295-1330)  sarayında  işləmişdi.  Alimin  ölüm  tarixi  h.  730-cu  (1330)  ildən 

sonraya təsadüf edir. Hinduşah Naxçıvani müxtəlif elm sahələrinə dair bir neçə əsərin 

müəllifi idi. Bunlardan ən məşhuru onun h. 724-cü (1324) ildə yazıb başa çatdırdığı və 

Luristan  atabəyi  Əhmədə  ithaf  etdiyi  ‚Təcaribü’s-Sələf‛  adlı  farsca  əsərdir.  Bu  əsər 

əslində  dövlət  xadimi  və  tarixçi  Səfiyəddin  Muhəmməd  İbnü’t-Tiqtəqənin  (1262-1309) 

‚Münyətü’l-Füzəla  fi  Təvarixi’l-Xüləfa  və’l-Vüzəra‛  adlı  əsərinin  ərəbcədən  farscaya 

tərcüməsidir.  İbnü’t-Tiqtəqə  bu  əsərini  Mosul  hakimi  əmir  Fəxrəddin  İsaya  ithafən 

qələmə almışdı. Tarix, siyasət, dövlət idarəçiliyi və rəsmi protokol qaydaları haqqında 

olan  bu  əsər  ‚Kitabü’l-Fəxri‛  adı  ilə  tanınmışdı.  Lakin  ‚Təcaribü’s-Sələf‛  Hinduşah 

Naxçıvaninin əlavələri və şərhləri ilə ‚Kitabü’l-Fəxri‛dən bir neçə dəfə daha iri həcmli 

hala  gəlmişdi.  Hinduşah  Naxçıvaninin  digər  bir  əsəri  isə  ‚Sihahü’l-Əcəmiyyə‛  adlı 

farsca-türkcə lüğətdir. Bu əsərin əlyazma nüsxələrindən biri Konya BYEK-də saxlanılır. 

Hinduşah  Naxçıvani  ədəbiyyatşünaslığa  dair  h.  730-cu  (1330)  ildə  yazıb  bitirdiyi 

‚Məvaridü’l-Ədəb‛ adlı əsərin və farsca şerlərin toplandığı ‚Divan‛ın müəllifi idi

1002


.  

 

Şəmsəddin Muhəmməd ibn Hinduşah ibn Səncər Naxçıvani 

Hinduşah Naxçıvaninin oğlu və atasının elmi irsinin layiqli davamçısı olan Muhəmməd 

Naxçıvani Elxanilərin vəzirlərindən Rəşidəddin Fəzlullahın  (öl. 1318) oğlu Qiyasəddin 

Muhəmmədin  (öl.  1336)  münşisi,  katibi  olmuşdu.  Elxanilərin  hakimiyyətinin  sona 

çatmasından (1357) sonra təcrübəli dövlət xadimi kimi Cəlayiri hökmdarı sultan Üveys 

(1356-1374)  tərəfindən  saraya  cəlb  olunmuşdu.  Cəlayirilər  dövründə  bir  müddət 

dövlətin  baş  qazisi  (qaziü’l-quzat)  vəzifəsində  çalışmışdır.  Şəmsəddin  Muhəmməd 

Naxçıvani  özünün  ‚Dəsturü’l-Katib  fi  Təyinü’l-Məratib‛  adlı  dövlət  təşkilatı  və 

idarəetməyə dair əsəri ilə şöhrət tapmışdır.  O, bu əsəri sultan Üveysə təqdim etmişdi. 

                                                 

1001

 Kaşan-İranda, Qumla İsfəhan arasında, Tehranın təqribən 190 km cənubunda yerləşən şəhər.  



1002

  BAĞDADLI,  İzahü’l-Məknun,  C.  II,  s.  383;  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  IV,  s.  67;  NƏFİSİ,  Tarixi-Nəzm  və 



Nəsr, C. I, s. 184; TƏRBİYƏT, Danişməndan, s. 391. 

 


Elxani  hömdarı  Əbu  Səid  Bahadır  (1316-1335)  Şəmsəddin  Naxçıvaninin  dövlət 

işlərindəki  bacarıq  və  istedadını  görərək  ona  bu  mövzuda  təfsilatlı  bir  əsər  yazmağı 

tapşırmışdı.  Lakin  rəsmi  işlərin  çoxluğu  səbəbiylə  bu  əsərin  yazılıb  başa  çatdırılması 

xeyli  vaxt  aparmışdı.  Buna  görə  də  müəllif  əsərini  Cəlayirilərin  hakimiyyəti  illərində 

bitirə  bilmişdi.  Əsər  axıcı  və  rahat  dillə  qələmə  alınmışdı.  Əsərdə  torpaq  mülkiyyət 

formaları,  torpaqdan  istifadə,  kənd  təsərrüfatının  idarə  edilməsi,  kəndlilərin  iqtisadi 

vəziyyətinin  yaxşılaşdırılması,  vergilər  və  onların  yığılması,  ədiliyyə  sistemi, 

şəhərlərdəki  ictimai-mədəni  vəziyyət,  ticarət  və  sənətkarlığın  inkişaf  etdirilməsi, 

məskun  və  köçəri  əhalinin  iqtisadi  problemləri,  emar  fəaliyyətləri,  şəhərsalma, 

körpülər, kanallar və yolların inşası, ordu nizamı, dövlət təşkilatı, məmurların iyerarxik 

nizamının  qorunması,  tanınmış  elm  və  dövlət  xadimləri,  zadəganlar,  iri  bürokratlar, 

məşhur  şəxsiyyətlər  haqqında  dəyərli  məlumatlar  verilmişdir.  Əsərin  maraqlı 

qismlərindən  biri  də  ‚Dər  icabəti-təyine-münhiyan  və  cəsusan‛  başlığı  altında 

kəşfiyyat-istixbarat  fəaliyyətlərinin  əhəmiyyəti  və  təşkili  haqqında  Şəmsəddin 

Naxçıvaninin  fikir  və  mülahizələrdir.  O,  bu  mövzudakı  fikir  və  mülahizələrini  altı  alt 

başlıqda  izah  etmişdir.  Bu  əsər  eyni  zamanda  yazıldığı  dövr  üçün  dəyərli  tarixi 

mənbədir

1003


.  Bu  səbəblədir  ki,  ‚Dəsturü’l-Katib‛  Nizamülmülkün  ‚Siyasətnamə‛si  və 

Rəşidəddin Fəzlullahın ‚Camiü’t-Təvarix‛i ilə bir səviyyədə tutulur

1004

. Əsərin dünyada 



6  əlyazma  nüsxəsinin  olduğu  bilinir.  Bunlardan  biri  Ankarada,  Milli  kitabxanada,  bir 

digəri  isə  İstanbulda,  Köprülü  yazma  əsərlər  kitabxanasında  saxlanılır.  ‚Dəsturü’l-

Katib‛in  bütün  əlyazma  nüsxələri  tədqiq  edilərək  hazırlanmış  rusca  mətni    1964  və 

1976-cı  illərdə  Ə.  Əlizadə  tərəfindən  Moskvada  iki  cild  halında  nəşr  olunmuşdur. 

Şəmsəddin  Muhəmməd  Naxçıvani  ‚Sihahü’l-Furs‛  adlı  farsca-türkcə  lüğətin  də 

müəllifi idi. Alim h. 778-ci (1376) ildə vəfat etmişdir.  

 

Mövlana Muhəmməd ibn İdris Naxçıvani 

                                                 

1003

  NƏFİSİ,  Tarixi-Nəzm  və  Nəsr,  C.  I,  s.  184;  TƏRBİYƏT,  Danişməndan,  s.  391;  Mustafa  UYAR,  ‚Hinduşah 



Nahçıvani’ye  Ait  Düstur  el-Katib  fi  Ta’yin  el-Meratib  Adlı  Eserde  Casusluk  Anlayışı‛,  AÜTAD,  XXIV/39,  Ankara 

2005,  ss.  281-289.  Dos.  Dr.  Mustafa  Uyar  mühüm  bir  səhvə  yol  vermişdir.  ‚Dəsturü’l-Katib‛  Hinduşah  Naxçıvani 

deyil, onun oğlu Muhəmməd ibn Hinduşah Naxçıvani tərəfindən qələmə alınmışdır.  

1004


 ‚Naxçıvanın Görkəmli Şəxsiyyətləri‛, 

http://shexsiyyetler.nakhchivan.az/meh_naxcivani.html

  


Təsəvvüf  əhlinə  mənsub  alim  idi.  Təqribən  XV-XVI  əsrlərdə  Osmanlı  dövlətində 

yaşamış  mövlana  Muhəmməd  Naxçıvaninin  həyatı  haqqında  ətraflı  məlumat  yoxdur. 

O, mənəviyyat, tərbiyə, irşad və İslam əxlaqına dair ‚Füsul Mə’rifətü’t-Təlbis və Üsuli’t-

Təmyiz  beynə’t-Təsəvvüf  və’t-Tədlis‛,  ‚Tə’rifü’t-Təlbis  və  Təbyidi-İblis‛  və 

‚Tərcüməyi-Əxlaqi-Muhsinin‛  adlı  əsərlərin  müəllifi  idi

1005


.  Bunlardan  ilk  ikisi  ərəbcə, 

sonuncusu  isə  türkcə  qələmə  alınmışdır.  ‚Füsul  Mə’rifət‛in  bilinən  tək  nüsxəsi 

Türkiyədə, Kastamonu İHK, ‚Tə’rifü’t-Təlbis‛in məlum olan yeganə nüsxəsi isə Konya 

BYEK-də saxlanılır. 

 

Qazi Sadiq Muhəmməd Naxçıvani 

Hənəfi  məzhəbinə mənsub  fəqih  idi. Bir müddət Osmanlı  mədrəsələrində müdərrislik 

etmişdi.  H.  1011-ci  ildə  (1602-1603),  Osmanlı  imperatorluğunun  Azərbaycandakı 

hakimiyyəti  dövründə

1006

,  Gəncə  şəhəri  müftiliyinə  təyin  olunmuşdu.  Osmanlı-Səfəvi 



müharibəsinin yenidən qızışdığı bir vaxtda, h. 1011-ci ilin ramazan ayında (mart 1603), 

İstanbula  getmişdi.  1015-ci  ildə  (1606)  Kiprdə  Lefkoşa  şəhəri  mollalığına  və  qaziliyinə 

təyin  olunmuşdu.  Daha  sonra  Kiprdəki  vəzifəsindən  azad  edilmişdi.  Qısa  müddət 

Filibə


1007

  müftisi  olan  Sadiq  Muhəmməd  Naxçıvani  daha  sonra  Bolqarıstanın  Sofiya 

şəhəri müftiliyinə təyin olunmuşdu. Alim h. 1027-ci ilin rəcəb ayında (iyun 1618) vəfat 

etmişdi


1008

.    


 

Molla Əbü’l-Hüda ibn Mahmud Naxçıvani 

Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Mövlana Muhyəddin Talışi, Molla 

Məzyəd  Qaramani,  İbnü’ş-Şair  kimi  alimlərdən  dərs  almışdı.  Hələbə  getmiş  və  bir 

müddət  orada  yaşamışdır.  Şam  vilayətindəki  Kənaviyyə,  Atabəkiyyə  və  Baraniyyə 

mədrəsələrində  dərs  vermişdi.  Əbü’l-Hüda  Naxçıvani  həm  də  şair  idi.  O,  farsca  və 

                                                 

1005

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 547; C. II, s. 359. 



1006

  12  il  davam  edən  Osmanlı-Səfəvi  müharibəsi  21  mart  1590-cı  ildə  İstanbulda  bağlanan  sülh  müqaviləsi  ilə 

nəticələnmişdi.  Bu  müqavilə  ilə  Kür  və  Araz  çaylarından  şimaldakı  Azərbaycan  torpaqları  Osmanlı 

imperatorluğunun  əlinə  keçmiş,  Şirvan  və  Dərbənd  vilayətləri  adı  ilə  13  il  Osmanlı  idarəsində  qalmışdı.  Gəncə  1 

sentyabr 1588-ci ildə Osmanlı ordusunun əlinə keçmişdi.  

1007


  Filibə-Bolqarıstanın  mərkəzində  yerləşən,  Osmanlı  imperatorluğu  dövründə  türk  və  müsəlman  əhalinin  sıx 

yaşadığı şəhər idi. İndi Plovdiv adlanır. 

1008

 SÜREYYA, Sicil-i Osmani, C. V, s. 1418   



ərəbcə  çox  gözəl  şerlər  yazırdı.  İnsanlarla  az  ünsiyyət  saxlamağa  çalışır,  vaxtının 

çoxunu elmi tədqiqatla və ibadətlə keçirir, çox namaz qılırdı. Alim h. 939-cu ildə (1533) 

Əyntabda

1009


 vəfat etmişdi

1010


.    

 

Sə’dəddin Məs’ud ibn Osman ibn Məs’ud ibn Osman ibn Əli əl-Hərrani Naxçıvani 

Mühəddis  idi.  H.  550-ci  (1155)  illərdə  Hərranda  doğulmuş,  bu  şəhərdə  böyümüşdü. 

Əbdülqəni  ibn  Süleyman  ibn  Bünyan,  Nəcib  əl-Hərrani  və  İbn  Ərəfədən  hədis 

dinləmişdi.  İbn  Rəfi’  onunun  tələbəsi  olmuş,  ondan  hədis  dinləmişdi

1011


.  Ölüm  tarixi 

məlum deyil. 

 

Əbu Abdullah Hüseyn ibn Cə’fər ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən 

Səlmasi 

Mühəddis və siqa hədis ravisi idi. Bağdadda yaşamış, Əli ibn Muhəmməd ibn Əhməd 

ibn  Keysan  ən-Nəhvi,  Əbdüləziz  ibn  Cə’fər  əl-Xərəqi,  Əbu  Həfs  ibnü’z-Zəyyat,  Əbu 

Bəkr  Muhəmməd  ibn  Abdullah  əl-Bəhri,  Əbu  Ömər  ibn  Muhəmməd  ibn  Abbas  ibn 

Həmmuyə,  Əbu  Həfs  Ömər  ibn  Əhməd  ibn  Şahin,  Əbü’l-Həsən  Əli  ibn  Ömər 

Darəqutnidən hədis dinləmiş və nəql etmişdi. Hafiz və xətib Əbu Bəkr Əhməd ibn Əli 

ondan hədis dinləmiş və dinlədiyi hədisləri qeyd etmişdi. Xətib Əbu Bəkr Əhməd ibn 

Əli  hədis  alimlərinin  Əbu  Abdullah  Hüseyn  Səlmasini  siqa,  əmin  və  mötəbər  hədis 

ravisi kimi tanıdıqlarını qeyd etmişdi. Əbu Abdullah Hüseyn Səlmasi Bağdadda Əbü’l-

Hüseyn  Muhəmməd  ibn  Əli  əl-Vərraq,  qazi  Əbü’l-Qasım  Əli  ibn  Həsən  Tənuxi,  Əbu 

Mənsur  Əbdülkərim  əl-Mütərrəz  kimi  tanınmış  hədis  alimlərinin  müasiri  olmuşdu

1012


Əbu Abdullah Hüseyn Səlmasi həm də varlı tacir və xeyriyyəçi idi. O, çox sədəqə verir 

və fəqir insanların qayğısına qalırdı. Malik olduğu mal və əmlakın bir hissəsini kasıb və 

saleh  insanlara  paylamışdı.  Əbu  Abdullah  Hüseyn  Səlmasi  isə  h.  446-cı  ilin 

cəmadiələvvəl ayının başında (8-18 avqust 1054) həcc ziyarətindən qayıdarkən Suriyada 

                                                 

1009

 Əyntab-və ya Anteb, Türkiyənin cənubi-şərqində, Suriya sərhəddində şəhər. İndi Qaziantep adlanır. 



1010

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 134. 

1011

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 56. 



1012

 XƏTİB BAĞDADİ, Əsmai’l-Mübhəmə, s. 18-19. 



vəfat  etmişdi

1013


.  İbn  Tağrıbirdi  və  İbnü’l-Cəvzi  öz  əsərlərində  dövrün  sultanının 

Bağdadda  olarkən  tacirlərdən  və  varlı  insanlardan,  ehtimal  ki,  hərbi  səfər  üçün,  borc 

pul aldığını, Əbu Abdullah Hüseyn Səlmasinin də sultana 10 min dinar borc verdiyini 

qeyd  edirlər

1014

.  Lakin  belə  bir  hadisənin  baş  verməsi,  hadisələrin  tarixi  baxımından, 



mümkün  görünmür.  Sözü  gedən  iki  mənbə  dövrün  sultanının  adını  qeyd  etmirlər. 

Lakin həmin dövrdə Bağdada gələn sultan Böyük Səlcuqlu sultanı Muhəmməd Toğrul 

bəydən (1040-1063) başqası ola bilməzdi. Sultan Toğrul bəy Bağdada h. 25 ramazan 447-

ci ildə (17 dekabr 1055) daxil olmuş

1015

 və Abbasi xilafətini Büveyhi hegemoniyasından 



azad  etmişdi.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  Əbu  Abdullah  Hüseyn  Səlmasi  isə  həcc 

ziyarətindən  qayıdarkən  446-cı  ilin  cəmadiələvvəl  ayının  başında  (8-18  avqust  1054) 

vəfat  etmişdi.  Buna  görə  də  Əbu  Abdullah  Hüseyn  Səlmasi  ilə  Sultan  Toğrulun 

Bağdadda  görüşmələri  mümkün  görünmür.  Əgər  belə  bir  hadisə  həqiqətən  də  baş 

vermişdirsə,  Əbu  Abdullah  Hüseyn  Səlmasinin  10  min  dinar  borc  verdiyi  sultan 

ehtimal ki, onun yaşadığı dövrdə İraqda hakimiyyətdə olan Büveyhi hökmdarlarından 

Məlik  Rəhim  (1048-1055)  olmuşdur.  Lakin  burada  da  bir  tutarsızlıq  var.  Belə  ki,  şafi’i 

məzhəbinə  mənsub,  siqa  bir  mühəddisin  imamiyyə  etiqadını  mənimsəmiş  bir 

hökmdara borc verməsini ehtimal etmək çətindir. Çünki bu dövrdə Məlik Rəhim sultan 

Toğrula  qarşı  mübarizə  aparırdı.  Sultan  Toğrul,  Abbasi  xəlifəsi  Qaim  bi-Əmrillahın 

(1031-1075)  dəstəyi  ilə  İran  və  İraqdakı  Büveyhi  hakimiyyətinə  son  qoymuşdu.  Əbu 

Abdullah  Hüseyn  Səlmasi  həm  mühəddis,  həm  də  tacir  olduğu  üçün  onun  bu  vaxt 

Səlcuqluların  idarəsində  olan  İrana  getdiyini  və  burada  sultan  Toğrulla  görüşdüyünü 

ehtimal  etmək  olardı.  Lakin  İbnü’l-Cəvzi  hadisənin  məhz  Toğrul  bəyin  Bağdada 

gəlişindən  sonra  baş  verdiyini  bildirir.  Dr.  Mehmet  N.  Özdemir,  İbnü’l-Cəvziyə 

                                                 

1013

  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  XIII,  s.  156;  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  II,  s.  394;  İBN  TAĞRIBİRDİ, 



Nücumu’z-Zahirə,  C.  II,  s.  156;  Əbü’l-Fərəc  Əbdürrəhman  ibn  Əli  İBNü’l-CƏVZİ,  Müntəzəm  fi’t-Tarixi’l-Müluk  və’l-

Üməm, (Nşr. M. Ə. Əta-Əta M. Ə), C. VIII, s. 161, Beyrut 1992. Buradakı mənbələrdən sadəcə Xətib Bağdadi alimin 

həcc  ziyarətindən  vəfat  etdiyi  ayı  qeyd  etmişdir.  Digərləri  onun  h.  446-cı  ildə  həcc  ziyarətindən  qayıdarkən  vəfat 

etdiyini yazmış, lakin bunun həmin ilin hansı ayında baş verdiyini qeyd etməmişdirlər.  

1014

 İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarix, C. VIII, s. 161; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. II, s. 156. 



1015

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. IX, s. 462-463; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XII, s. 166-167. 



istinadən,  bu  məlumatı  heç  bir  tənqidi  araşdırma  aparmadan  öz  məqaləsində  qeyd 

etmişdir


1016

.  


 

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin