İdarəetmənin və rəhbərliyin prinsiplərindən biri də aşkarlıq və obyektivlikdir.
Aşkarlıq və obyektivlik demokratiyanın təzahür formasıdır. Aşkarlıq-hər şeyin
hamı üçün aydın olması deməkdir. Təcrübə göstərir ki, məxfilik işdəki qüsurların
daha da dərinləşməsina səbəb olur və ictimai balaya çevrilir. Aşkarlıq və
obyektivlik olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini düzgün
müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayn müəllimlərin və ya
tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə
nail olmaq mümkün deyildir.
Ən vacib prinsiplər sırasında elmilik mühüm yer tutur. Ümumiyyətlə, yaxşı
idarəetmə və rəhbərlik üçün peşəkarlıq, səriştəlilik, təcrübə, işgüzarlıq, dərin
bilik, sadalanan keyfiyyətlərin vəhdəti çox vacibdir. Bu vəhdət isə pedaqogika,
psixologiya və sosiologiya elmlərinin nailiyyətlərinə əsaslandıqda, onları
təcrübədə tətbiq etdikdə yaranır. Məktəb rəhbərləri geniş dünyagörüşə, yeni
üsullar axtarıb tapmaq, işdə tətbiq etmək qabiliyyətinə malik olmalı, mürəkkəb
təşkilati, pedaqoji məsələləri yaradıcılıqla, operativ şəkildə həll etməyi
bacarmalıdırlar.
Dostları ilə paylaş: