537) Uşaq yaşlarında hiperurikemiya nə zaman müşahidə edilə bilər?
A) Sadalanan bütün hallarda
B) Tiazid qrupundan olan sidikqovucuların qəbulu zamanı
C) Sulfanilamidlərin qəbulu zamanı
D) Sitostatiklərin qəbulu zamanı
E) Podaqrada
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
538) Qanda IgG-in xeyli artması hansı halda müşahidə edilir?
A) Sistem qırmızı qurdeşənəyində
B) Sistitdə
C) Nefrotik formalı qlomerulonefritdə
D) Tubulointerstitsial nefritdə
E) Pielonefritdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
539) 10 yaşında uşağın sidik kisəsində qalıq sidiyin yol verilən miqdarı nə qədər olmalıdır?
A) 100 ml
B) 120 ml
C) 20-30 ml
D) 40-60 ml
E) 80 ml
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
Dostları ilə paylaş: |