Pediatriya
Bölmə 1. Uşaqlarda sağlamlıq vəziyyətində erkən pozuntuların
diaqnostikası və profilaktikası.
1) Dispanserizasiya özündə hansı etapları əks etdirmir?
A)
Hərarətin ölçülməsi
B) İçtimai profilaktik tədbirlərinin (səhiyyə maarifinə dair)
təşkili
C) Dispanserizasiya olunan uşaqların aktiv sistemli şəkildə
müşahidə, kompleks
müalicə və patronaj kimi tədbirlərin həyata
keçirilməsi;
D) Xəstələrin aktiv aşkarlanması və düzgün qeydiyatın təşkili;
E) Dispanserizasiya olunması nəzərdə tutulan kontingentin müəyyən edilməsi
Ədəbiyyat: Uşaqların icbari dispanserizasiyasına dair normativ hüquqi aktlar.
Azərbaycan Respublikası Səhiyyə
nazirliyi, İSİM, Bakı 2014.
2) Uşaq əhalisinin dispanserizasiyası hansı tədbirləri özündə əks etdirmir?
A) Riskli amilləri olan uşaqların erkən aşkarlanması məqsədilə sağlamlıq
vəziyyətinin müəyyən etmə
və qiymətləndirilməsi;
B) İnstrumental və laborator müayinələrin həcmi ilə
müəyyən olunan mütəmadi
tibbi baxışlar;
C) Xəstəliklərin erkən aşkarlanması məqsədilə uşaqların sağlamlıq vəziyyətinin
dinamik müşahidəsi və davamlı şəkildə vacib olan tibbi-sağlamlaşdıran
kompleks tədbirlərin həyata keçirilməsi;
D) Əyani vəsaitlərinin hazırlanması və çapı;
E) Ehtiyac duyularsa diaqnostik üsulların istifadəsilə bu kimi uşaqların yenidən
və əlavə müayinə olunması;
Ədəbiyyat: Uşaqların icbari dispanserizasiyasına dair normativ hüquqi aktlar.
Azərbaycan Respublikası Səhiyyə nazirliyi, İSİM, Bakı 2014.
3) Neçə sağlamlıq qrupları mövcuddur?
A) 5
B) 4
C) 2