175
HAPITLAR
1
Hapıtlar aborigen Azərbaycan əhalisi sayılırlar. Əsasən Qu-
ba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında, Bakı və Sum-
qayıt şəhərlərində yaşayırlar. Hapıtlara məxsus qəbirstanlıq İmişli
rayonunda indi də qalmaqdadır. Səfəvilər dövləti zamanında müa-
sir Türkiyənin şərqində Hapıt bəylərbəyliyinin olması hapıt etno-
sunun türklərlə qohumluğunu söyləməyə əsas verir. Hapıtlar
kompakt halda Quba rayonunun Hapıt, İsmayıllı rayonunun iki
dağətəyi Hacıhətəmli və Mollaisaqlı kəndlərində məskunlaşmış-
lar. Mollaisaqlı kəndində aparılmış arxeoloji qazıntılar zamanı bu-
rada İrəmə adlanan yerdə çox qədim yaşayış məskəninin olduğu-
nu sübuta yetirən maddi mədəniyyət abidəsi aşkarlanmışdır. “Şıx-
dərə kompleks tədqiqat sahəsi” kimi tanınan bu abidə haqqında
ilk tutarlı məlumatları əslən İsmayıllı rayonundan olan arxeoloq
Fazil Osmanov 1963 və 1974-cü illərdə ərazidə apardığı arxeoloji
araşdırmalar sayəsində əldə etmişdir. Əhali arasında burada yaşa-
yanların əslinin Qubanın Hapıt kəndindən olduğu söylənilir. Bir
çox şifahi mənbələrdə də Qubanın Hapıt kəndində yaşamış Hacı
Hətəm və Molla İsaq adlı qardaşların İsmayıllıya qışlaq məqsədilə
köçüb gəlməsi, burada məskunlaşması və əsasən də heyvandarlıq-
la məşğul olmaları rəvayət edilir. Amma bu ərazidə aşkarlanmış
qədim yaşayış məskənləri hapıtların burada məskunlaşmasının
tarixini XIX əsrə deyil, daha qədimlərə bağlamağa əsas verir. Hər
iki kəndin əhalisinin əsas hissəsi hapıtlardır. Maraqlıdır ki, İs-
mayıllıda Hapıt adında kənd olsa da, orada hapıtlar yaşamır. Vax-
tilə Mollaisaqlıya yaxın Gideyli və İmamlı kəndlərində yaşamış
olsalar da, eynilə bu kəndlərdə də hazırda hapıtlı yaşamır. Dindar
olan müsəlmanları dil, adət-ənənə və digər mədəni özəlliklərini
qoruya bilmislr. Mollaisaqlı kəndində 1000 nəfər, Hacıhətəmli
kəndində isə 2500 nəfərə yaxın hapıt yaşayır. Kənd ailələrində
ünsiyyət hapıt dilində olsa da, məktəb, idarə və təşkilatlarda işlər
1
Bu məlumat AMEA Folklor İnstitutunun doktorantı Dadaş Əliyev tə-
rəfindən təqdim olunmuşdur.
176
Azərbaycan dilində aparılır. Uşaqlığı Dağıstanda keçmiş görkəmli
Azərbaycan şairi Seyid Əzim Şirvani şeirlərinin birində hapıtlar-
dan bəhs etmişdir. Hapıtların dili Qafqaz dil ailəsinin Nax-Dağıs-
tan qrupunun Şahdağ yarımqrupuna aiddir. VII əsrə kimi özlərini
“her” adlandıran bu xalqın ehtimala görə, Gürcüstan və Azər-
baycan sərhəddində Hereti adlı dövləti olub. Hapıtlar özlərini indi
də "hər" adlandırırlar. Prof. Q.Qeybullayev “Azərbaycan türkləri-
nin təşəkkül tarixi” kitabında müasir qrız və hapıtların əcdadla-
rının bu dövlətdə yaşamış herlər olduğunu bildirir: ”Mənbələrdə
qonşu qafqazdilli etnik qrup – buduq və qrızları qered, hapıtları
isə hered adlandırırlar”. Müəllif bu fikrinə davam edərək yazır:
”Herlərin müəyyən hissəsi (mümkündür ki, xınalıqların və buduq-
ların əcdadları ilə birgə) məlum olmayan səbəblərə görə Alazan
və İori çaylarının vadilərindəki əsas məskənlərini tərk etmiş və
dağ aşırımlarını keçərək hazırkı yaşadıqları yerdə – Azərbaycanın
şimal-şərq hissəsində məskunlaşmışlar (Ə:7)”. Lakin hapıtların
arasında belə bir rəvayət dolaşır ki, onların əcdadları bugünki
məkanlarına şimal-qərbi Azərbaycandan, Herna şəhərindən, ərəb-
lərin Azərbaycana hücumu zamanı gəlmişlər. Bizim araşdırma-
mızdakı bu fikirlər bəzi gürcü alimlərinin fikirləri ilə uyğun gəl-
məsə də, maraqlı olduğu üçün aşağıdakıları qeyd etməyi lazım
bilirik. ”Er” etnonimi qədim zamanlarda bir çox tayfalara, o cüm-
lədən iberlərə aid olub. Şübhəsizdir ki, “er” etnoniminin daşıyı-
cıları alban qəbilələrindən biri olub və elə buna görə də gürcü
mənbələrində “Er” gürcü qəbiləsi kimi göstərilməyib” (Ə:7). Ha-
pıtların əcdadlarının məhz er, yaxud her olduqlarını və onların
tarixi vətənlərinin Gürcüstan və Azərbaycan sərhəddində mövcud
olmuş Ereti (Hereti) olduğunu sübut etməyi gələcək araşdırmala-
rın öhdəsinə buraxırıq. Bir məsələni də qeyd etmək yerinə düşər
ki, hapıtlarla Quba rayonunda yaşayan qrızları eyni etnos hesab
edən alimlər də az deyil. Həm qrızların, həm də hapıtların eyni dil
qrupuna daxil olmalarına baxmayaraq, fikrimizcə, onlar fərqli
etnoslar kimi səciyyələndirilməlidir.
Birincisi, hapıtlar sayca qrızlardan çoxdurlar.
177
İkincisi, lüğət tərkibi baxımından dillərində çoxlu fərqlər
vardır.
Üçüncüsü, onların yayılma və məskunlaşma arealı müxtə-
lifdir.
O da maraqlı faktlardandır ki, İsmayıllı rayonundakı hər
iki hapıtdilli kənddə bilinqivizm dil şəraiti hökm sürür. Bu ya-
şayış məntəqələrinin sakinləri hər iki dildən – Azərbaycan və
hapıt dillərindən sərbəst şəkildə istifadə etməyi bacarırlar. Sa-
dəcə, istifadə anında zaman, məkan, məqsəd və s. dəyişilən si-
tuasiyalardan asılı olduqda, (gənclik, yeniyetməlik, ahıllıq döv-
rünü yaşamasından irəli gələrək) istifadəçinin hansı (yerli, yox-
sa aparıcı) dilin xeyrinə bu fərqi artırıb və ya azaltdığını sezmək
olur. Ümumən götürsək, hapıtların dilində qalın və kar boğaz
samitlərin zənginliyi, buradakı səslənmə, sözlərin mənasına
görə ayırd edilməsi və s. keyfiyyətlər bu dili ləzgi və xınalıq
dilləri ilə müqayisə etməyə imkan verir. Bu dil ədəbi dil kimi
formalaşa bilməsə də, onun leksikonunda etimologiyası maraq
doğuran sözlər az deyil. Bu anlamda, əslən Mollaisaqlı kəndin-
dən olan hapıtlı ziyalı İldırım Məsimoğlu hapıt dilində oğurluq
mənasını bildirən “günəhə” sözü ilə “Qurani-Kərimdə” tez-tez
keçən “günah” sözünün müqayisəsini aparmış və həmin sözlə-
rin eyni kökdən törəndiyini əsərində qeyd etmişdir.
Deyildiyi kimi, hapıtlar artıq 2 əsrdən artıqdır ki, İsmayıllı
rayonu ərazisində məskunlaşmış və yerli əhali ilə qaynayıb-qarış-
mışlar. Onlar özlərinə məxsus dil və mədəniyyət ənənələrini qoru-
maqla bərabər, Azərbaycan mədəniyyətinə də layiqli töhfələr
vermişlər.
Hacıhətəmli və Mollaisaqlı kəndlərində yaşayan hapıtlar
hələ xeyli əvvəl təşəkkül tapmış folklor ənənələrini də
yaşatmaqdadırlar. Özünəməxsus folklor ənənəsi olan hapıtlar
mahnı, atalar sözləri, tapmacalar, rəqslər, inanc və rəvayətlər,
toy və yas mərasimlərinə aid nümunələri və s. çox əziz
tutduqları mənəvi dəyərlərini müxtəlif səviyyəli mədəni-kütləvi
tədbirlərdə davamlı şəkildə təbliğ etməkdədirlər.
|