182
MÜƏLLĠFLĠ BAYATILAR
1
Əzizinəm Qarabağ,
Yandı könlüm Qarabağ.
Qar yağmayan ellərə,
Qar yağıb ağ qara bax...
Qarabağda sözüm qaldı,
Ocağımda közüm qaldı.
Vətən deyib ağladım,
Sinəmdə bir dözüm qaldı.
Xan əminin yurdusan,
Muğamat ocağısan.
Düşmən sənə sahib çıxmaz,
Boz qurdların yurdusan.
Ağ saçıma toxunma,
Qara daşıma toxunma.
Türkün bağçasıdı o,
Qarabağıma toxunma.
Dostları ilə paylaş: