* * * Min il bundan əvvəl İran hökmdarı Keyxosrov qonşu ölkə-
nin şahını öldürdükdən sonra onların qisas alacaqlarından qorxa-
raq, şimala qaçıb gəlir. Burada, yəni sonralar Lahıc adlanacaq
yerdə həyatının qalan hissəsini ibadətə həsr edərək yaşayır. Bu
yad ölkədə vəfat edən şahı Girdiman çayın sol sahilində yüksək
bir təpədə dəfn edirlər. Onun qəbirüstü sinə daşında yazılan ye-
ganə I Keyxosrov sözü indi də aydın oxunur. Şahı burada dəfn
edən qulluqçular yaxınlıqda bir kənd saldılar, kəndi də Lahıc ad-
landırdılar (S:13; T: 2).