Tərcüməsi:
Biri vardı, biri yoxdu. Bir şahla vəzir təğyiri-libas olub
yola düşdülər. Qış idi. Bunlar gedib şəhərin kənarına çıxdılar.
Burada bir kənd vardı. Orda bir qapını döydülər. Qapını açdılar
və içəridən səs gəldi ki, gəlin. Qonaqlar dedilər ki, biz Allahın
qonağıyıq, dərvişik, onların atlarını bağladılar. Evə girəndə qo-
naqlar gördülər ki, ev sahibinin on uşağı var. Qonaqlar soruş-
dular ki, arvad hardadır? Kişi cavab verir ki, o balaca otaqdadır,
orada uşaq dünyaya gətirir. Ev sahibi deyir ki, yemək üçün bir
parça quru çörəyi, içməyə də ancaq su var. Qonaqlar çörəyi
yeyəndən sonra yatırlar.
Bir az sonra kişi o biri otaqdan bir oğlan uşağı gətirir və
deyir ki, bir oğlum olub. Vəzir çoxbilmiş idi, uşağa baxdı,
güldü. Şah səbəbini soruşanda dedi ki, bu oğlanın kəbini sənin
qızınla olacaq. Vəzir də həmişə nə desəydi, o da olurdu. Şah da
deyir ki, mən də buna imkan verməyəcəyəm. Vəzir deyir, Allah
yazan yazını heç kim poza bilməz. Ertəsi gün şahla gedərkən ev
sahibinə deyir ki, mən bir tacirəm, pulum da çoxdur, sən gəl bu
təzə doğulmuş körpəni mənə ver, sənə çoxlu pul verərəm. Sən
bu on uşağı böyüt, mən də aparım bu bir uşağı böyüdüm. Kişi
deyir ki, qoy gedim, arvadla məsləhətləşim. Arvada bunu
deyəndə razılaşır və deyir ki, bir az pulları olar, uşaqlarına pal-
paltar alarlar, evlərini təmir edərlər. Uşağı tərəzinin bir gözünə,
qızılı da o biri gözünə qoyurlar, ağırlığı qədər qızıl alırlar. Şahla
26
vəzir uşağı götürüb yola çıxırlar. Gələndə bir dağın üstü ilə ke-
çirlər. Şah deyir vəzirə ki, sən deyirdin bu oğlanın kəbini mə-
nim qızımla kəsiləcək, mən bunu indi elə pozum ki... Uşaq bir
kisədə idi, onu kisə qarışıq dağdan atanda kisə dağın döşündəki
bir palıd ağacına ilişir, elə qalır ağacda.
Sənə kimdən deyim, bir qoca ovçudan ki, onun da uşağı
yox idi. Uzaqdan görür ki, ağacda bir şey var, amma tərpənmir.
Yaxına gedir görür ki, bir kisədir içində də bir uşaq. Başlayır
Allaha dua etməyə ki, ömrünün bu axır vaxtında ona bir hə-
diyyə verib Allah. Uşağı götürüb gedir evə. Bunların da bir ke-
çiləri olur, bunun südündən uşağa verirlər. Bütün camaat deyir
ki, ovçu Mursəlin altmış yaşında bir oğlu olub. Bu sirri ancaq
ovçu, bir də arvadı bilirdi. Oğlanın da adını qoyurlar Yusif.
Yusif böyüyür qəşəng bir oğlan olur. Bir gün şah həmin yerlər-
dən keçirmiş. Şah üçün ziyafət düzəldirlər. Kəndin böyüyü neçə
baş qoyun kəsir. Süfrəni açırlar. Amma kəndxuda deyir ki, bu
xörəkləri şahın qabağına kim qoyar? Hamı deyər ki, Mursəl ki-
şinin oğlu Yusif. Yusif də məclislərə gedərdi. Yusifdən soruşur-
lar ki, o şahın qabağına yemək apara bilər? O da razılaşır. Yusif
yemək və şərab qoyulmuş sinini şahın qabağına gətirəndə vəzir
onu görür və yenə gülür. Şah səbəbini vəzirdən soruşanda deyir
ki, yadındadırmı on səkkiz il bundan əvvəl bir uşağı dağdan
atdın, bu cavan həmin uşaqdır. Şah kəndxudanı çağırıb soruşur
ki, bu uşaq kimindir, onu bura çağır. Mürsəl kişidən soruşur ki,
onun neçə yaşı var. O da cavab verir ki, yetmiş səkkiz. Yenə so-
ruşur ki, bu oğlan onundur? Mürsəl deyir ki, camaatın yanında
deyə bilmərəm. Axır Yusifin sirrini şaha açır. Mürsəl deyir ki,
indi bu sirri sən, mən və bir də arvadım bilirik. Şah məəttəl qalır
bu işə. Vəzir deyir ki, görürsən Allahın yazdığını heç kim poza
bilməz. Şah Mürsəl kişiyə deyir ki, bu oğlunu 3 günlüyə ver
mənə. Götürür bir məktub yazır verir Yusifə, məktubda da yazır
ki, bu məktubu gətirən adamın başını vurun. Deyir Yusifə ki, bu
məktubu aparıb verirsən şəhərdə vəzirimə. Yusif gəlir saraya.
Yusif bura gələndə yorğun olduğundan oturur bir yerdə yuxu
27
tutur. Məktub da qalır əlində. Şahın qızı da həyətdə gəzirmiş .
Görür ki, qəşəng bir oğlan həyətdə yatıb əlində də məktub. Aşiq
olur oğlana. Məktubu açıb oxuyur, götürür atasının xətti ilə
yazır ki, bu məktubu gətirən adamın üç gün müddətində qızımla
toyunu elə. Vəzir məktubu alır, orda yazılanları oxuyur və şah
necə deyirsə elə də edir. Şahın da səfəri uzun çəkir və bir ildən
sonra qayıdır. Qayıdarkən görür ki, qızı qucağında uşaq yanında
əri onu qarşılayır. Şah soruşur ki, bunlar kimdir. Cavab verir ki,
bu kürəkənin, bu da nəvən. Şah nəvəni qucağına alaır və vəzirə
deyir ki, get o məktubu gətir görüm ordan nə oxumusan? Şah
görür ki, öz xətti ilə yazılıb ki, qızımı bu məktubu gətirən adam-
la 3 gün müddətində toyunu elə. Daha şahın deməyə sözü ol-
mur. Vəzir qayıdır ki, şah sağ olsun, mən demədimmi ki, Alla-
hın yazdığını heç kəs poza bilməz (S: 29; T: 2).
Dostları ilə paylaş: |