Əziyyət çəkəcəksən Quşçulu aşıq Hacıalı Lahıca toya gəlir. Qulu Şeyda da toy-
da imiş. Aşığın məlahətli səsi, məclis aparması Quluya nə qədər
xoş gəlsə də iri, yöndəmsiz gövdəsi onu bir о qədər açmır. Toy
qurtarır, aşığı yola salırlar. Maşın yoluna qədər atla getmək lazım
gəlir. Arnma aşığı ata mindirmək müşkül işə çevrilir. Nəhayət, 3-
4 nəfər qoluzorlu birtəhər ayağı qaldırıb atın belinə qoyur. Sagol-
laşarkən Hacıalı üzünü Quluya tutub soruşur:
- Ağsaqqal, mən necə aşığam?
Qulu cavabında deyir:
- Səsinə və ustalığına sözüm yoxdur. Amma nə qədər ki,
о gövdənin yiyəsisən, sən de əziyyət çəkəcəksən, biz də.