partiya komitəsidə dördüncü katib də olur?
– Gecə saat 4-də zəng edənə dördüncü katibdən başqa
hansı axmaq cavab verər? – deyə Qulu dəstəyi yerə qoyur.
Tənbəki yox, tütün Qulu rayon partiya komitəsində gözətçi işləyəndə zəng
edirlər. Dəstəyi götürür:
– Eşidirəm.
– Sizi Mərkəzi Komitədən narahat edirlər. Xahiş edirik ki,
tənbəki planı barədə məlumat verəsiniz?
– Biz ki, tənbəki əkmirik.
– Nə vaxtdan?
– Böyük Oktyabr Sosialist inqilabindan onar.
– Yaxşı, bəs nə əkirsiniz?
– Tütün
– Hə?! Yaxşı, deyin görüm, tütün planıni neçə faiz yerinə
yetirmisiniz?
– Baş iistə. Yazın ki, tütün planinı 99 faiz, Zərnəva kən-
dində tənbəki planı isə 500 faiz yerinə yetirilib.
– Zəhmət olmasa, deyin, kimlə danışıram?
– Gecə katibi Qulu Şeyda ilə. Amma mirzə, yaddan çıxar-
mayın ha, tənbəki yox, tütün .