Qulu və komissar Bir miiddət Bakıda yaşayan Qulu 1941-ci ildə Lahıca qayı-
dır. Qeydiyyata düşmək üçün İsmayilli rayon hərbi komissyarlığı-
na gəlir. Komissarın otağına girəndə sağ gözünü yumur. Komissar
adını, familiyasını, atasının adını, təvəllüdünü soruşub anketdə
həmçinin sağ gözünün kor olduğunu qeyd edir. Bunu görən Qulu
dərhal sağ gözünü açıb, sol gözünü yumur. Komissar başını qaldı-
rıb üzünə baxanda Qulunun sol gözünün yumulu olduğunu görür.
Anketdə “sağ” sözünü pozub, yerinə “sol” sözünü yazır. Bu dəfə
Qulu təzədən sol gözünü açıb, sağ gözünü yumur. Komissar yenə
pozana əl atır. Bu minvalla Qulu komissarı boğaza yığır. Təngə
gələn komissar Qulunu qovur və bir də komissarlığa çağırmır.