“Sənaye İli”nə həsr olunmuş simpozium keçirilib
də üzərinə bir sıra vəzifələr qoyur. Belə ki,
universitetlər də elmi cəhətdən və yetiş-
dirdiyi mütəxəssislərlə Azərbaycan səna-
yesinin inkişafına öz töhfələrini verməlidir.
Qafqaz Universitetinin mühəndislik fa-
kültəsinin dekanı, dos. Yadullah Babayev
çıxışında bildirib ki, Azərbaycan iqtisadiy-
yatının bütün sahələrində olduğu kimi,
sənayenin inkişafında da böyük uğurlar
qazanılmış, sənaye məhsulları istehsalının
həcmi 2,7 dəfə artmışdır. Bu müddət ər-
zində rəqabətqabiliyyətli müasir sənaye
sahələrinin yaradılması, sənayenin infra-
struktur təminatının yaxşılaşdırılması sa-
həsində çoxsaylı layihələr icra edilmiş,
yeni iş yerləri açılmış, ölkə sənayesi yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Fəaliyyət göstərdiyi gündən etibarən Qaf-
qaz Universitetinin sənaye mühəndisliyi
fakültəsi yetişdirdiyi kadrlarla ölkəmizin
sənayesinə töhfələr bəxş etmişdir. Belə ki,
simpoziumda iştirak edən məruzəçilərin
hamısı Qafqaz Universitetinin sənayenin
müxtəlif sahələrində fəaliyyət göstərən
təcrübəli məzunlarıdır.
Simpozium iştirakçıları "İş dünyasında
sənaye mühəndisinin rolu", "İdarəetmədə
sənaye mühəndisinin rolu", "Neft sekto-
runda sənaye mühəndisinin rolu", "İsteh-
salat və istehsalın planlaşdırılmasında sə-
naye mühəndisinin rolu", "Keyfiyyətin
idarə edilməsində sənaye mühəndisinin
rolu" mövzularında məruzələr dinləyiblər.
Tədbirin sonunda məruzəçilərə təşkilat-
çılar tərəfindən sertifikat və hədiyyələr
verilib.
Qafqaz Universitetinin sənaye mühəndis-
liyi bölməsi və Gənc Mühəndislər İctimai
Birliyinin birgə təşkilatçılığı ilə "Sənaye
ili"nə həsr olunmuş "Azərbaycan müəssi-
sələrinin intensiv inkişafında sənaye
mühəndisliyi və sənaye mühəndislərinin
rolu" mövzusunda I elmi-praktiki sim-
pozium keçirilib.
Universitetin rektoru, prof. Ahmet Saniç
tədbiri açaraq ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu inkişaf siyasətini
uğurla davam etdirən möhtərəm Prezi-
dent İlham Əliyevin rəhbərliyi ilə ölkəmi-
zin bütün sahələrində gedən sürətli inki-
şafdan danışıb. Qeyd olunub ki, hazırkı
mərhələdə müasir çağırışlar və yeni tə-
şəbbüslər nəzərə alınmaqla sənayenin
modernləşdirilməsi və qeyri-neft sənaye-
sinin şaxələndirilməsi məqsədi ilə bir sıra
tədbirlərin həyata keçirilməsi, ənənəvi sə-
naye sahələri ilə yanaşı, yeni prioritet is-
tehsal sahələrinin, sənaye parklarının ya-
radılması, regionlarda sənaye potensialı-
nın gücləndirilməsi, sənayenin innovasi-
yalar əsasında inkişafını təmin edəcək im-
kanların formalaşdırılması üçün Azər-
baycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli
sərəncamına əsasən 2014-cü il Azərbay-
can Respublikasında "Sənaye ili" elan
edilmişdir. A. Saniç bildirib ki, 2014-cü ilin
"Sənaye ili" elan olunması ali məktəblərin
Dostları ilə paylaş: |