4.5.32. Kapilyar yoxlama üsulu müəyyən olunmuş qaydada razılaşdırılmış nəzarət üsullarına uyğun olaraq yerinə yetirilməlidir.
4.5.33. Kapilyar və maqnit tozu üsullarının sinfi və həssaslıq səviyyəsi cizgilərlə və NS-lə müəyyən olunmalıdır.
4.5.34. Stiloskopiya yoxlama üsulu detalların metalının aşqarlanmasının və qaynaq tikişlərinin cizgilərin və NS-lərin tələblərinə uyğunluğunu təsdiq etmək məqsədi ilə yerinə yetirilməlidir.
4.5.35. Stiloskopiyaya üsulu ilə aşağıdakılar yoxlanılır:
cizgilər əsasında aşqarlanmış poladdan hazırlanan bütün qaynaq olunan detallar
(konstruksiya hissələri);
NS-ə uyğun olaraq xəlitəli aşqar materialdan hazırlanacaq boruların bütün qaynaq birləşmələrinin tikişinin metalı;
Qaydaların 4.3.10 bəndinə uyğun olaraq qaynaq materialları.