Qeyri-SƏLİs nəZƏRİYYƏ



Yüklə 275,68 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü275,68 Kb.
#35934
  1   2   3   4   5
Sunu

QEYRİ-SƏLİS NƏZƏRİYYƏ


Qeyri-səlis məntiq (Bulanıq məntiq və ya Qeyri-səlis çoxluq nəzəriyyəsi də adlandırılmışdır) — riyaziyyatın bir bölməsi olub , klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüşdür. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər [0;1] intervalında olur.

Hazırda qeyri-səlis məntiq sahəsində aparılan tədqiqatlar ən azı iki istiqamətə ayrılır:


  • Qeyri-səlis məntiq geniş mənada (Təqribi hesablama nəzəriyyəsi)
  • Qeyri-səlis məntiq məhdud mənada (Rəmzi qeyri-səlis məntiq

Rəmzi qeyri-səlis məntiq t-normalar anlayışına əsaslanır. Bəzi t-normaları seçdikdən sonra (bunu isə bir neçə üsulla tətbiq etmək olar) konyunksiya, dizyunskiya, implikasiya, inkar və digər proporsional dəyişənlər üzərində həyata keçirilən əsas əməliyyatları müəyyən etmək imkanı yaranır. Klassik məntiqdə rast gəlinən distributivliyin t-normalar kimi Hödelin t-norması seçildikdə həyata keçməsi halını isbat etmək bir o qədər də çətin deyil. Bundan əlavə, bəlli səbəblərdən implikasiya yerinə residium adlanan əməlliyyat seçilir (bu da ümumiyyətlə götürdükdə, t-normalar seçimindən asılıdır).

Qeyri-səlis məntiq nəzəriyyəsinin geniş mənada əsas anlayışı xarakterik funksiya köməkliyi ilə təyin edilən qeyri-səlis çoxluq anlayışıdır. Daha sonra çoxluqların birləşdirliməsi, kəsişməsi və əlavə edilməsi, qeyri-səlis nisbət anlayışı, eləcə də ən əsas anlayışlardan biri – linqvistik dəyişən anlayışı daxil edilir.

Soft Computing (yumşaq hesablamalar) modelləşdirməsi


Yüklə 275,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin