Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
114
148. Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik
olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz
peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de:
"Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan
uydurursunuz!"
149. De: "Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru
yola yönəldərdi".
150. De: "Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək
şahidlərinizi gətirin!" Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə
şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin
istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.
151. (Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir
şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin.
Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin.
Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni
haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb
anlayasınız!
152. Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna
olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz
hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya
əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı
əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir
ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!
153. Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan
sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən
çəkinəsiniz!"
154. Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz ne’məti)
tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət
olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına
(Onun hüzuruna gedəcəklərinə) inansınlar!
155. Bu nazil etdiyimiz (Qur’an) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan
qorxun ki, bəlkə, sizə rəhm edilsin!
|