R b a y c a n X z r d n z g m


Təkcə bu yaxınlarda bir həftə ərzində



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
Təkcə bu yaxınlarda bir həftə ərzində 

ən azı, 880 miqrant və qaçqın Aralıq dəni-

zini keçmək istərkən dənizdə boğulub. Bu 

barədə Birləşmiş Millətlər Təşkilatının 

qaçqınlar üzrə agentliyi bildirib. Böyük 

Birtaniyanın “The Guardian” media qu-

rumu yazır ki, dənizdə boğulanların sayı 

ilə bağlı rəqəm İtaliyaya aparılan sağ 

qalmış qaqçınlarla müsahibə nəticəsində 

müəyyənləşdirilib.

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar 

üzrə agentliyi tərəfindən o da qeyd edilib ki, 

bu il dənizi keçmək istərkən boğulan miqrant 

və  qaçqınların  sayı  2510  nəfərə  çatıb,  ötən 

ilin  müvafiq  dövründə  isə  bu  rəqəm  1855 

idi. Bu barədə də BMT-nin sözçüsü Uilyam 

Spindler məlumat verib. O bildirib ki, hazır-

da  insan  qaçaqmalçıları  insanları  qayıqlara 

dolrurur, amma bu zaman bir çox məqamları 

qətiyyən nəzərə almırlar: “Bu qayıqlar üzmək 

üçün o qədər də yararlı deyil və dənizi keç-

mək üçün bir sıra zəruri göstəricilərə cavab 

vermir.  Elə  buna  görə  onlar  sahildən  arala-

nandan az sonra xilasediciləri köməyə çağır-

mağa  məcbur  olurlar.  Xilasedicilər  köməyə 

tələssələr də, bəzən hər şey çox gec olur”...

Qeyd  edək  ki,  Yaxın  Şərqin  Suriya,  Li-

viya kimi dağılmaqda olan ölkələrində ölüm 

və  qırğınlardan  canını  qurtarmağa  çalışan 

qaçqınların Aralıq  dənizində  bu  cür  müəm-

malı və kütləvi şəkildə batması ilə bağlı prob-

lem  getdikcə  kəskinləşməkdədir.  Boğulma 

halları ildən-ilə çoxalır və kütləviləşir. Dünya 

birliyi və beynəlxalq təşkilatlar isə heç nə ilə 

kömək edə bilmir.




Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin