1. Orqanizmin və ətraf mühitin vəhdəti. Инсанын doğulması ilə onun ətraf mühitlə
qarşılıqlı əlaqəsi başlayır. Orqanizm onu əhatə edən mühitə - havaya, işığa, səsə, qoxuya
və s., adamlara uyğunlaşmağa başlayır. İ.P.Pavlov orqanizmlə ətraf mühitin bu uyğun-
laşmasını həyatın əsas qanunu kimi nəzərdən keçirirdi. Uşaq uyğunlaşa biləcəksə, o ya-
şayacaq, bilməyəcəksə məhv olacaq.
Mühitə fərdi uyğunlaşmalar kifayət qədər müxtəlifdir, onlar uşağın həyat
şəraitindən əhəmiyyətli dərəcədə asılıdır. Eyni zamanda ətraf mühit şəraiti təşkil edilmiş
tədbirlərlə bilərəkdən dəyişdirilə bilər. Xüsusən, fiziki hərəkətlər vasitəsi ilə, insan orqa-
nızminin funksional imkanlarının mühüm artımına, genişlənməsinə və təkmilləşməsinə
nail olmaq mümkündür. Bədəni möhkəmləndirmə proseduraları ilə əlaqəli fiziki hərəkət-
lərin yerinə yetirilməsi insan orqanizminin ətraf mühit dəyişgənliyinə dayanıqlığını artırır
və bununla orqanizmin müxtəlif əlverişsiз şəraitlərdə (soyuq, yüksək hərarət, oksigen
çatışmamazlığı, həddindən artıq yorulma, səs) normal fəaliyyət göstərmə diapazonunu
genişləndirir.
Beləliklə, orqanizmin ətraf mühitə uyğunlaşmasının artırılmasında физики tərbiyə-
nin rolu çox böyükdür. Bunu tam яvəz edəcək heç nə yoxdur. Problemin həlli, insan
orqanizminin konkret şəraitə uyğunlaşma mexanizminin genişlənməsi üçün müvafiq me-
todikaları hazırlayıb, онлардан фяал istifadə etməkdir.