Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə11/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   7   8   9   10   11   12   13   14   ...   246
elmi-eserler-2022-2-cap

Akif Nurağa oğlu Abbasov 

Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Müasir mərhələdə özünəqayıdış, milli tər-
biyə amili ön planda durur. Biz milli tərbiyədən 
beynəlmiləl tərbiyəyə doğru getməliyik. Əvvəl-
lər isə beynəlmiləl tərbiyəni milli tərbiyədən əv-
vələ keçirmişdik. Ailə tərbiyəsi ilə müqayisədə 
ictimai tərbiyənin rolunu hədsiz şişirtmişdik. Bu 
gün tərbiyə üzrə aparılan işlər milli zəmində və 
eyni zamanda dünyada mövcud olan ən mütə-
rəqqi tərbiyə ənənələri əsasında qurulmalıdır. 
Dünya xalqlarının hərəsinin özünəməxsus 
tərbiyə ənənələri, dədə-babadan qalma tərbiyə 
üsulları var. Onlar özünəməxsus xüsusiyyətləri 
ilə seçilir. 
Ümummilli Liderimiz, Ulu Öndər Heydər 
Əliyev deyirdi: “Heç vaxt iki xalq bir-birinə 
bənzər dəyərlərə malik ola bilməz. Biz indi dün-
yanın mütərəqqi mənəvi dəyərlərindən istifadə 
edərək, xalqımızın mədəni səviyyəsini daha da 
inkişaf etdirərək gənc nəsli daha da sağlam əh-
val-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbi-
yələndirməliyik... 
Hər xalqın öz adət-ənənəsi var, öz milli 
mənəvi və dini dəyərləri var. Biz öz milli mənəvi 
dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət və 
ənənələrimizlə fəxr edirik. Əsrlərin dərinliyindən 
bu günümüzə gəlib çatan adət-ənənələrimiz hə-
mişə adamları saflığa, təmizliyə dəvət etmişdir”. 
Ümummilli liderimiz gəncləri həyatda 
fəal mövqe tutmağa, vətəndaş mövqeyi nümayiş 
etdirməyə çağırırdı. Bu xüsusda deyirdi: “Hər 
bir insan gərək eyni zamanda vətəndaş olsun. 
Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sa-
diq, xalqına sadiq vətəndaş olsun”. 
Heydər Əliyev gənclərə, onların qüvvəsi-
nə, bilik və bacarığına inanır və yüksək qiymət-
ləndirirdi. O, ümumtəhsil məktəbləri şagirdləri 
ilə “Bilik günü”nə həsr olunmuş tədbirlərdə, ali 
məktəblərə qəbul olunmuş tələbələrlə görüşlə-
rində gənc nəsli biliklərə əzmlə yiyələnməyə, 
vətənin ləyaqətli övladları olmağa səsləyirdi: 
“Bizim məqsədimiz müstəqil Azərbaycanın gə-
ləcəyi üçün daha bilikli, zəkalı gənclər hazırla-
maqdır... Siz Azərbaycanın gələcəyini təmin 
edən insanlar olacaqsınız. Azərbaycan gələcək-
sizin kimi gənclərin, formalaşmış insanların 
çiyinlərində yaşayacaqdır”. 
Ümummilli liderimiz gənclərdə yüksək 
mənəvi keyfiyyətlər tərbiyə etməyi tövsiyə 
edirdi: “Gəncləri paklıq, saflıq, yüksək əxlaq, 
yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik”. 
Ulu öndər Heydər Əliyevin dövlətçilik 
ənənələrinə sadiq qalan və onun kursunu layi-
qincə davam etdirən ölkə Prezidenti cənab 
İlham Əliyev də Azərbaycan təhsilinin dünya-
nın ən qabaqcıl dövlətlərinin təhsili səviyyəsinə 
qaldırılmasını, gənclərimizin milli, ümumbəşəri 
dəyərlərə, yüksək mədəniyyətə yiyələnmələrinə 
nail olmağı məqsədəuyğun hesab edir. Möhtə-
rəm Prezidentimiz gənclərə böyük inamını ifadə 
edərək deyir: “Bilikli, savadlı uşaqlar, gənclər 
gələcəkdə Azərbaycanı idarə edəcəklər”. 
Heydər Əliyev irsində azərbaycançılıq ide-
yası xüsusi yer tutur. Ulu öndər respublikamızda 
yaşayan xalqların vahid ailədə yaşamalarının va-
cibliyini vurğulayır və diqqətə çatdırırdı ki, Azər-
baycan bu ölkədə yaşayan xalqların hamısı üçün 
Vətəndir: “Biz azərbaycanlıyıq. Hamımızın Və-
təni Azərbaycandır. Bizi bir xalq, bir millət, bir 
insan olaraq bu torpaq ərsəyə gətirmişdir. Buna 
görə də bizim hər birimizin canında azərbaycan-
çılıq ruhu yaşayır. Bizi bir-birimizə bağlayan və 
daha çox birləşməyə sövq edən də azərbaycançı-
lıq ruhu, azərbaycançılıq ideyası olmalıdır. Hər 
bir dövlətin milli ideologiyası olur. Müstəqil 
Azərbaycan Respublikasının milli ideologiyası 
da azərbaycançılıq ideologiyasıdır”. 
Heydər Əliyev xalqımızın mənəviyyatına 
yüksək qiymət verirdi: “Azərbaycan xalqının 
yüksək mənəviyyatı hər şeydən ucadır... Bu, 
həm xalq üçün, millət üçün, hər bir azərbaycanlı 
üçün, hər bir vətəndaş üçündür”. 
Hər bir xalqın özünəməxsus tərbiyə ənə-
nələrə malik olduğunu hələ vaxtilə K.D. Uşinski 
də diqqətə çatdırırdı. Onun aşağıdakı fikirləri 
son dərəcə maraq doğurur: “1. Nəinki həyatda, 
hətta nəzəriyyədə də bütün xalqlar üçün ümumi 
olan xalq tərbiyə sistemi yoxdur; alman pedaqo-
gikası da alman tərbiyəsinin nəzəriyyəsidir. 
2. Hər xalqın özünəməxsus milli tərbiyə sis-
temi vardır; ona görə bir xalqın başqa xalqdan tər-
biyə sistemlərini əxz etməsi mümkün deyildir. 
3. Başqa xalqların tərbiyə işindəki təcrü-
bəsi hamı üçün çox qiymətli bir irsdir; lakin bu-
nu eynilə ümum dünya tarixi təcrübələrinin bü-
tün xalqlara aid olması mənasında başa düşmək 
lazımdır. Başqa xalqın həyat tərzi nə qədər cazi-
bədar olsa da, onun nümunəsi üzrə yaşamaq 
mümkün deyildir, eynilə özgə pedaqoji sistemi 
nə qədər mütəşəkkil və yaxşı düşünülmüş olsa 
da. o sistemlə tərbiyə olunmaq olmaz. Bu məsə-
lədə hər bir xalq öz qüvvəsini sınamalıdır. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin