Research papers


Firidə Firudin qızı Mustafayeva



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə147/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   143   144   145   146   147   148   149   150   ...   246
elmi-eserler-2022-2-cap

Firidə Firudin qızı Mustafayeva 
120 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
– ədədi bərabərlik və tənliklərin riyazi 
məzmununun modellərlə göstərilməsi; 
– istiqamət və məsafə anlayışlarının mo-
dellərlə əyaniləşdirilməsi; 
– müxtəlif məlumatların modellərlə göstə-
rilməsi. 
III sinif üzrə: 
– 1000 dairəsində ədədlərin mərtəbələri 
arasındakı miqdari münasibətlərin modellərlə 
göstərilməsi; 
– hesab əməlləri komponentləri ilə nəticə-
si arasındakı əlaqələrin və asılılığın modellərlə 
təsvir edilməsi; 
– həndəsi fiqurlar arasındakı cins-növ mü-
nasibətlərinin modellərlə göstərilməsi; 
– toplama və vurma əməlləri arasındakı 
əlaqənin modellərlə təsviri; 
– bölmə və çıxma əməlləri arasındakı əla-
qənin modellərlə təsviri; 
– kəmiyyətlərin ölçü vahidləri arasındakı 
əlaqənin modellərlə təsviri; 
– ədəd anlayışının genişləndirilməsi prin-
sipinin əyaniləşdirilməsi; 
– hissə və kəsr anlayışlarının əyani şəkildə 
müqayisə edilməsində modellərdən istifadə 
olunması. 
IV sinif üzrə: 
– ədədin sinif və mərtəbə anlayışları arasın-
dakı əlaqə və münasibətlərin modellərlə təsviri; 
– məsələ məzmununun qısa yazılışında 
modellərdən istifadə olunması; 
– məsələnin alqoritmik üsulla həllində 
modellərdən istifadə olunması; 
– çoxrəqəmli ədədlərin nömrələnməsində 
modellərdən istifadə olunması; 
– dəyişəni olan ifadələrin ədədi qiymətləri-
nin müqayisəsində modellərdən istifadə olunması; 
– hadisələrin müqayisəsi və təsnifində 
modellərdən istifadə olunması; 
– sadə kəsrlərin müqayisəsində modellər-
dən istifadə olunması. 
Məsələ həllinin müxtəlif mərhələlərində 
istifadə edilən qrafik əyani vəsaitlər şagirdlərin 
müşahidə və müqayisə aparma qabiliyyətlərini, 
nitqini, diqqətini, təfəkkürünü inkişaf etdirmək-
lə yanaşı məsələdə təsvir edilən situasiyanı əsas-
lı şəkildə təsəvvür etməyə, kəmiyyətlər arasın-
dakı riyazi asılılıqları daha asan müəyyən etmə-
yə imkan verir. 
Riyaziyyat təlimində modelləşdirmə bir 
metod kimi tətbiq edilə bilər. Məsələn, ibtidai 
siniflərdə, xüsusən III-IV siniflərdə şagirdlərin 
riyazi-məntiqi təfəkkürünü formalaşdırmaq və 
inkişaf etdirmək üçün məsələ mühüm rol oyna-
yır. Məsələ həlli vasitəsilə təlim qarşısında qo-
yulan bütün məqsədlər həyata keçirilir. Bu cə-
hətdən məsələ həlli prosesi şagird üçün çətinlik 
törətməsin deyə, onun həlli mərhələlərə ayrılır 
və hər mərhələdə model və ya modelləşdirmə 
elementlərindən istifadə olunur. Məsələn, məsə-
lənin analitik və ya sintetik təhlilini asanlaşdır-
maq üçün məsələ məzmununun qısa yazılışı və 
formalarından istifadə olunur. Buraya sxemlər, 
şərti işarələr və s. aid edilir. Məsələnin həllinin 
modelləşdirilməsi – həll üsulundan asılıdır. Mə-
sələn, məsələnin ayrı-ayrı əməllər üzrə həlli (he-
sab üsulu), məsələnin tənlik qurmaqla həlli 
(cədvəl üsulu), məsələnin ifadə tərtib etməklə 
həlli və s. 
İnformatikanın tədrisi prosesində şagirdlər 
formalaşdırma, modelləşdirmə, alqoritmləşdir-
mə və proqramlaşdırma elementləri ilə tanış edi-
lir. Əslində bunlar məzmun xətləri olub, bunlara 
hazırlıq ibtidai siniflərin riyaziyyat təlimində 
görülür; ədədi ifadə, dəyişəni olan ifadə, bəra-
bərlik, tənlik tərtib edilməsi – formalaşdırma 
mərhələsindən başlayır, modelləşdirmə prose-
sində mücərrədləşdirmə artırılır və nəhayət, mə-
sələnin həlli alqoritmi tərtib edilir. İstənilən mə-
sələnin həllində kompüterdən də istifadə oluna 
bilər. Bu zaman məsələni kompüter dilinə çevir-
mək üçün formalaşdırma, modelləşdirmə və al-
qoritmləşdirmədən istifadə olunur. İnformasiya-
nı kompüterə daxil etmək üçün proqramlaşdır-
madan istifadə olunur. Şagird real hadisəni ana 
dilindən riyazi dilə və ondan da maşın dilinə ke-
çirməyi öyrənir. Bu mərhələlərin hər biri model-
ləşdirmə ilə bağlıdır. Təcrübə göstərir ki, riya-
ziyyat və ya informatika təlimində şagirdlər ye-
ni forma və ya yanaşmalara maraq göstərirlər. 
Çünki modelləşdirməni əyləncəli və maraqlı 
edən onun real həqiqətləri müxtəlif obraz, alqo-
ritm və ya əyani-qrafik təsvirlərlə ifadə olunma-
sıdır. Bu formaların hər birində riyazi münasi-
bətlər, qanunauyğunluqlar öz əksini tapır. Məsə-
lədə verilənlərin, şərtlərin, kəmiyyətlərin məc-
hul qiymətlərinin birlikdə şagirdə təqdim edil-
məsi – məsələ həlli yolunu müəyyənetmə zəru-
rətini qarşıya qoyur. Aşkar görünməyən həll al-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin