Müdafiə Cəmil oğlu Mahmudov 12
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 keçirilsin. Bu istiqamətdə əsas rolu ali təhsil
müəssisələri oynayır.
Qeyd edək ki, ölkəmizdə real və açıq şə-
kildə ali təhsilin inkişafının həyata keçirilməsi
ilə bağlı ciddi şəkildə işlər aparılır. Bu halda
meydana çıxan çətinliklər və nöqsanlar vaxtlı-
vaxtında araşdırılarsa, onda ali məktəblərdə təh-
silin keyfiyyəti də yüksəlmiş olar. Bu isə aparı-
lan islahatların daha da təkmilləşdirilməsinə sə-
bəb olar.
Qeyd edək ki, ABŞ, Yaponya, Cənubi Ko-
reya, Finlandiya və digər inkişaf etmiş ölkələrdə
inkişafa təsir edən amillər içərisində təhsilin ro-
lu hiss olunacaq dərəcədə yüksəkdir. Ölkəmizin
bu ölkələrin qabaqcıl təcrübəsindən istifadə et-
məsi sahəsində son illər xeyli müsbət addımlar
atılmış, işlər görülmüşdür. Lakin bunlarla yana-
şı, ali təhsil sistemində aparılan islahatlar və
modernləşmələr prosesində meydana çıxan bir
sıra çətinliklər və ziddiyyətlər də özünü əks et-
dirir. Təhsilin bütün pillələrində inkişaf fəaliy-
yətini dərindən tədqiq etdikdə aydın olur ki, in-
diki dövrün tələblərinə cavab verən kadrların
heç də hamısı bu tələblərə cavab verə biləcək
səviyyədə deyildir.
“Avropa Birliyi”nə üzv ölkələrdə təhsilin
inkişafına dair əməli proqramda deyilir ki, Av-
ropa pedaqoji təhsil sistemi çağdaş cəmiyyətin
ixtisaslı kadrlara olan tələbatını ödəməlidir. Be-
lə bir perspektivə görə inteqrasiya olunan ölkə
özündə aşağıdakı komponentləri birləşdirməli-
dir: müəllimləri seçmə sistemi; baza təhsilin ser-
tifikasiyası; müəllimlərin peşə üzrə fasiləsiz təh-
silinin inkişafı; müəllimlərin peşə üzrə ixtisasla-
rını artırma imkanları və s. Göstərilən bu prob-
lemlərin hər biri dövlət və hökumətimizin diq-
qətində olmaqla mütəmadi olaraq öz həllini ta-
pır. Möhtərəm Prezidentimiz İlham Əliyevin
qayğısı və yaxından dəstəyilə təhsilin yenidən
təşkili və qurulması həyata keçirilir. Lakin onu
da qeyd edək ki, ali təhsil müəssisələrinin əksə-
riyyətində professor-müəllim heyətinin hazırlığı
və təkmilləşdirilməsi hələ də öz real həllini tap-
mayıb və onlar da bəzən formal xarakter daşıyır.
Ali təhsil müəssisələrində tədris mərkəzlərinin
yaradılmasına böyük ehtiyac vardır. Məlum ol-
duğu kimi, əldə olunan biliklər dəyişilir, tez bir
zamanda öz əhəmiyyətini itirir, təhsilin paradiq-
ması ona uyğun dəyişilir və buna görə də insan-
ların əldə etdiyi ali təhsil bilikləri də dəyişilir.
Bu isə, öz növbəsində, mütəxəssislərin ixtisasını
artırmasını və təkmilləşdirilməsini tələb edir.
Müəllimlərimizin əksəriyyəti öz vəzifələ-
rini ləyaqətlə yerinə yetirərək təhsil sahəsində
aparılan islahatların tərəfdarıdırlar. Lakin bu da
sirr deyil ki, onların bir qismi yenilikləri qəbul
etmir (və ya edə bilmirlər) öz narazılıqlarını bil-
dirirlər. Onlar keçmiş SSRİ dövründəki metod-
larla işləyir və onlardan istifadə edirlər. Sual
olunur: nə üçün? Çünki faktlar göstərir ki, yaşlı
müəllimlərin əksəriyyəti həyata keçirilən yenilik
və modernləşmələri qəbul edə bilmirlər və yeni-
ni öyrənmələri üçün qüvvələri, bilikləri kifayət
etmir. Bu cür müəllimlər distant təhsili, ABŞ,
Qərbi Avropa və s. ölkələrə inteqrasiya olmağı-
mızı sadəcə moda (dəb) kimi qəbul edirlər. Eyni
zamanda, bu modanı (dəbi) qorxulu hadisə kimi
qəbul edir və epidemiya ilə müqayisə edərək
onun yayılmasına qarşı çıxırlar. Müasir inkişaf
tendensiyaları göstərir ki, informasiya çoxluğu-
nun müəllimin şərhi ilə çatdırılması köhnəlmiş
və auditoriya-dərs sistemi müasir tələblərə ca-
vab vermir, tələbələrin məktəbdə təhsil almaq
motivasiyası, müəllimlərin isə marağı kütləvi
şəkildə yox olur. Müşahidələr göstərir ki, orta
məktəb məzunlarının ali məktəblərə qəbulun
qiymətləndirmə prinsipi də tamam dəyişilməli-
dir. Sual olunur: əgər Avropa və mütərəqqi öl-
kələrin ali məktəblərinə inteqrasiyadan danışı-
rıqsa, onda nə üçün onların imtahan qəbul me-
xanizmini tətbiq etmirik?
Azərbaycanda mövcud olan tələbə qəbulu
üzrə imtahanların məzmunu orta məktəb təhsili-
nin məzmununa uyğun olmalıdır. Əgər qəbul
imtahanlarında meydana çıxan boşluqların, çə-
tinliklərin və ziddiyyətlərin nəticələri vaxtında
təhlil olunarsa, araşdırılarsa, onda orta məktəb-
lərdə təhsilin keyfiyyəti də yüksələr. Dünya
praktikasına istinad edərək qeyd edə bilərik ki,
nə qədər ki, Dövlət İmtahan Mərkəzi Azərbay-
can Respublikası Təhsil Nazirliyinin strukturuna
daxil deyil, onda təhsil sistemində heç vaxt
müasir tələblərə uyğun keyfiyyətli təhsil qazan-
maq mümkün olmayacaqdır.
Ölkəmizin təhsil sistemindəki islahatlar
təkamül yolu ilə həyata keçirilir və əldə olunan
bütün nailiyyətlər və məlumatlar ictimaiyyətə
çatdırılır. Lakin ictimaiyyətə məlum olan elə
faktlar olur ki, bunlar təhsil sistemindəki isla-
hatların üzərinə kölgə salır. Qeyd edək ki, bir sı-