Research papers


Keysin əsas məzmunu  20-səhifə



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə201/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   197   198   199   200   201   202   203   204   ...   246
elmi-eserler-2022-2-cap

 
Keysin əsas məzmunu 
20-səhifə
 
Əlavə məlumat 
10 səhifə
 

Problemli situasiyanın qısa təsviri 
və keys məsələsinin qoyuluşu 
Statistika və faktlar: 
Keys ümumi məlumatdan əlavə analiz üçün 
verilənlərə və statistik faktlara malik olmalıdır 

Şirkətin, onun daxili və xarici mühitinin 
təsviri 
Qlossari (mətndəki arxaik, köhnə sözlərin lüğəti): 
Keysə onun əsas anlayışlar və terminlərini izah edən 
lüğət əlavə edilir 

İstehsalat sahəsinin xüsusiyyətləri, 
dinamikası və onun müasir vəziyyətinin 
təsviri 
Əlavə mənbələrə istinad: 
Bəzən keysə öyrənmək üçün təklif olunan əlavə 
materiallara istinad mənbələri də daxil edilir 

Problemli situasiyanın əsas 
elementlərinin ətraflı təsviri 
 
Xarici məktəblərin timsalında təhsildə keys 
metodundan istifadə 
Keys-təhsili (Case-study) metodu ilk dəfə 
Harvardda (ABŞ) istifadə edilmiş və o vaxtdan 
bəri Harvard bütün dünyada keys təhsilinin for-
masını böyük ölçüdə müəyyən etmişdir. Har-
vard Biznes Məktəbində (HBS) təhsil demək 
olar ki, bütünlüklə keyslərin təhlilinə əsaslanır 
və məktəbin kitabxanasında dünyada ən böyük 
keys kolleksiyası vardır. Klassik Harvard keysi 
– həcminə görə böyük bir keysdir (20-25 səhifə 
mətn, üstəgəl 8-10 səhifə təsvirlər və əlavələr) 
ki, orada baş qəhrəman və onun hekayəsi veril-
mişdir. HBS-də keys metodundan istifadənin 
özəlliyi yeganə düzgün həllin axtarışıdır.
 
D.
Kennedi adına İdarəetmə Məktəbində 
(John F. Kennedy School of Government, Har-
vard Kennedi School – HKS) keyslərdən dövlət 
qulluqçularının hazırlanması üçün istifadə olu-
nur və onların məşğələ mövzuları dövlət siyasəti 
və liderlik məsələləri ilə bağlıdır. Burada keysin 
əsas qəhrəmanı, bir qayda olaraq, dövlət qullu-
ğundadır və ya qeyri-kommersiya təşkilatının 
vəzifəli şəxsidir. Bu keyslər, misal üçün, “Ruan-
danın soyqırımdan sonra dirçəlişi”, “Katrina qa-
sırğası” və s. bu kimi mövzuları əhatə edə bilər. 
HKS-də keyslərin müzakirəsi daha çox elmi və 
konseptual xarakter daşıyır, biznes məktəblərin-
də isə keys metodu konkret problemin həlli ilə 
bağlı fəaliyyət planının hazırlanmasıdır. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin