Psixoloqun mənəvi-psixoloji keyfiyyətlərinin xüsusiyyətləri 55
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 sesində müəyyən dinamikaya malik olur, dəyiş-
məyə məruz qalır və peşə fəaliyyəti prosesində
qanunauyğun şəkildə dəyişir. Peşə fəaliyyətinin
yalnız texnoloji funksiya ilə daha az bağlı olan,
ümumi mənəvi dəyərlərdən daha çox asılı olan
etik əsasları daha çox sübutdur (4, s. 49).
Psixoloqun şəxsiyyətinin elmi tədqiqi ilə
paralel olaraq öyrənilən problemlərin mahiyyə-
tini başa düşməyə yalnız mane olan bəzi mütə-
xəssislərin manipulyasiyalarına kömək edən
gündəlik şüur mifləri mövcuddur. Psixologiyada
bu miflər aşağıdakı kimi qruplaşdırılır:
Mif 1. Psixoloq – müdrik, abid, həyat haq-
qında digərlərindən daha çox bilən, həqiqət an-
layışına malik olan ustaddır. Buna görə də onun
missiyası yolunu azanlara gözlərini açmaq və
onlara yeni yol göstərmək, yönləndirmək və
göstəriş verməkdir.
Mif 2. Psixoloq – peşəsi astroloq, loğman,
ekstrasens peşəsinə yaxın insandır. Bizim
maariflənmə dövrümüzdə: ”psixoloq” sözü çox
vaxt “hipnoz edən”, “təbib”, ekstrasens” sözləri
ilə assosiasiya edilir.
Mif 3. Psixoloq – yalnız xəstə insanlarla
işləyən “psixlər” üzrə mütəxəssisdir. Psixi sağ-
lam insanlar inkişafda müəyyən ləngimələrə və
ya geriləmələrə malik olan, çətin iş və məişət
şəraitində psixoloji yardıma ehtiyacı olan, bu
yalan təsəvvürlərə əsaslanaraq praktik psixoloqa
müraciət etmirlər və problemlərin digər həlli
üsullarına üstünlük verirlər.
Yaddan çıxarmaq olmaz ki, praktik psixo-
loqun vəzifələrindən biri insanlara daha effektiv
yaşamağa, özünü daha tam gerçəkləşdirməyə
kömək etməkdir (5, s. 36). Bu miflərin saxlan-
ması yalnız insanların psixoloqlarla münasibət-
lərində fəallığını məhdudlaşdırır, müxtəlif “tə-
bib” və “ekstrasenslərin” işinə yardım edir. Bu
insanlar çox vaxt psixoloji təhsil haqqında dip-
lomlarının arxasında gizlənir və çəkinmədən öz
təmənnalı maraqlarında insanların psixoloji sə-
riştəsizliyindən istifadə edir. Belə “mütəxəssis-
lər” kütləvi informasiya vasitərlərindən də isti-
fadə etməyə nail olurlar.
Buna görə də mütəxəssisə, peşəkara ən
vacib tələblərdən biri ondan ibarətdir ki, psixo-
loqun peşəkar səriştəliliyini və mənəvi təmizli-
yini birləşdirsin. Peşəkar səriştəlilik özündə aşa-
ğıda sadalananları təzahür etdirir:
– Psixoloqun ona müraciət edənə təsir ef-
fekti insanın şəxsiyyət kimi mənəvi narahatlığı-
nın ən gizli sirlərini etibar etdiyi psixoloqun
yüksək əxlaqi şəxsiyyətinin qarşılıqlı təsir faktı-
nın özündən ibarətdir;
– Yalnız psixoloqun yüksək əxlaqlı şəxsiy-
yəti müştərinin psixikasının resursunu aktuallaş-
dırmağa və onu psixoloji çətinliklərin qarşısının
alınması üzrə məhsuldar və konstruktiv şəkildə
fəaliyyət göstərməyə məcbur etməyə qadirdir;
– Müraciət edənin psixoloji kolliziya situ-
asiyasının yüksək peşəkar qiymətləndirilməsi,
bu qiymətləndirmənin arxasında sadəcə situativ
psixoloji yardım göstərmək vərdişi deyil, həm
də müxtəlif cərəyan və məktəblərin mütəxəssis-
lərinin peşəkar birliyi durur;
– Peşəkar qarşılıqlı fəaliyyətin bəyan edil-
miş etik prinsiplərinə və qaydalarına səviyyələr-
lə zəmanətli riayət edilməsi;
– Daimi mənəvi və peşə özünütəkmilləş-
dirməsi, peşəkar yanmanın və davranış qüsurla-
rının qarşısının alınması;
– Sözün, nümunənin və əqidənin gücünü
bilmək və məharətlə istifadə etmək.
Bununla əlaqədar bir çox praktik psixolo-
giya məktəblərində müsbət iş təcrübəsi mövcud-
dur. Belə ki, psixoloqun şəxsiyyətinin istisna
əhəmiyyəti psixoloji təhlillə ayrılır. Təsadüfi de-
yil ki, psixoanalitikə icbari peşə tələbi şəxsi təh-
lildən keçməlidir (6, s. 101).
Psixoloqun insan və şəxsiyyət kimi ayrıl-
ması analitik psixoterapiyada ən yüksək səviy-
yəyə çatmışdır. Mahiyyət etibarilə psixoterapevt
və ona müraciət edən iş prosesində adi peşəkar-
lığın üzərinə qalxır və mənəvi peşəkarlıq səviy-
yəsinə çıxır, bu zaman başlıca meyar artıq psi-
xotexniki alətlər toplusuna yiyələnmək deyil,
şəxsi mənəviyyatdır. Bu barədə K. Yunq qeyd
edir ki, “mənəvi müalicənin nəticəsi üçün həkim
mütəxəssis kimi danışmasında və fikirləşməsin-
dən daha çox həkimin şəxsiyyəti (həmçinin xəs-
tənin) daha vacibdir”.
Praktik iş zamanı diqqət qarşılıqlı təsirin
aşağıdakı şəxsi xüsusiyyətlərinə və peşə vəziy-
yətlərinə yönəldilir:
– Müraciət edən üzərində üstünlükdən im-
tinaya, xüsusilə onun mənəvi – şəxsi səviyyəsi
psixoloqdan yüksək olduğu hallarda;
– Mənəvi simanın və psixi simanın ba-
lanslaşdırmanın prioriteti (psixoloji tarazlıq);