www.vivo-book.com
281
quatorze consonnes! Comme c’est agreable, n’est-ce
pas?”
122
Nəhayət, biz ayrıldıq, Blanche, o yelbeyin Blanche
mənimlə vidalaşanda hətta göz yaşları tökdü. “Tu etais bon
enfant, – hıçqıra-hıçqıra deyirdi. – Je te croyais bete es tu en
avais e’air
123
, amma bu sənə çox yaraşır”.
Sonra da əlimi sıxıb, qəfildən səsləndi: “Attends!”, öz
otağına cumdu, bir dəqiqədən sonra mənə iki min franklıq
bir əsginaz gətirdi. Mən buna heç cür inana bilməzdim! “Bu
sənə lazım olar, sən ola bilsin ki, çox savadlı outchitelsən,
amma həddən artıq kütbeyin adamsan. İki min frankdan
artıq sənə heç cür verə bilmərəm, ona görə ki, onsuz da
uduzacaqsan. Yaxşı, əlvida! Mous serons toujours bons
122
Amma görürsənmi… xanım general arvadı, bu dəhşətli rus
adları, bir sözlə, xanım general arvadı Zaqo-Zaqo, üstəlik, on
dörd sammit! Bu necə gözəldi, düz deyilmi? – frans.
123
Mən səni axmaq sayırdım, sən də mənə gicbəsər kimi
baxırdın – frans.
www.vivo-book.com
282
amis, əgər yenə udsan, mütləq mənim yanıma gəl, et tu seras
heureux!”
124
Özümün elə beş yüz frankım qalmışdı; bundan başqa
min franklıq əla saat, brilyant taxma düymələr, başqa
düymələr var, beləliklə heç nəyin qayğısını çəkmədən hələ
kifayət qədər keçinmək olar. Mən bu şəhərcikdə özümü
yığışdırmaq üçün qəsdən oturub qalmışam, başlıcasısa
mister Astleyi gözləyirəm. Dəqiq öyrəndim ki, o burdan
gəlib keçəcək, iş üçün bir sutka dayanacaq. Hər şeydən
xəbər tutaram… sonrasa, – sonra düz Qamburqa.
Ruletenburqa getməyəcəm, ən azı, gələn il gedərəm.
Doğrudan da, deyirlər, eyni bir masanın arxasında iki dəfə
dalbadal xoşbəxtlik axtarmaq pis əlamətdi, Qamburqdasa elə
əsl həqiqi oyun da var.
124
Biz həmişə dost olacağıq… və sən xoşbəxt olacaqsan! –
frans.
|