www.vivo-book.com
283
XVII FƏSİL
Budur, hardasa səkkiz aydı ki, bu qeydlərə baxmırdım,
indi qüssədən və dərddən başımı qatmağı fikirləşdim,
təsadüfən bu qeydləri yazdım. Onda elə orda qalmışdım ki,
Qamburqa gedəcəyəm. İlahi! Müqayisəli desəm, o vaxt bu
son sətirləri necə arxayınlıqla, necə özünə inamla, sarsılmaz
ümidlərlə yazmışdım! Heç olmasa, özümdə azacıq tərəddüd
duyurdummu? Budur, ilyarımdan çox vaxt keçib, məncə,
mən dilənçidən də pis kökdəyəm! Dilənçi nədi! Dilənçiliyə
tüpürüm. Mən sadəcə, özümü məhv eləmişəm! Bununla
belə, müqayisə eləməli bir şey yoxdur, özümə nəsihət
vermək faydasızdı…
Belə bir vaxtda nəsihətdən sarsaq bir şey yoxdu! Ey
özündənrazı adamlar: bu boşboğazlar öz nəsihətlərini necə
lovğa özündənrazılıqla oxumağa hazırdılar! Əgər indiki
www.vivo-book.com
284
vəziyyətinin bütün iyrəncliyini özünün hansı dərəcəyədək
başa düşdüyünü bilsəydilər, onda əlbəttə, mənə ağıl
öyrətməyə dilləri gəlməzdi. Nə olsun, onlar mənə
bilmədiyim bir şey deyə bilərlər? Burda məsələ ondadır ki,
çarxın bir dövrəsi, hər şeyi dəyişir, elə bu moralistlərin
özləri də dostluq zarafatlarıyla məni təbrik eləməyə birinci
(buna əminəm) gəlirlər. Həm də hamısı məndən indiki kimi
üz döndərməyəcəklər. Əşi, tüpürüm onların hamısına! Mən
indi nəyəm? Zero. Sabah nə ola bilərəm? Sabah dirilib,
yaşamağa başlaya bilərəm! Hələ məhv olmamış özümdəki
insanı tapa bilərəm!
Mən onda doğrudan da, Qamburqa getdim, amma…
sonra həm təzədən Ruletenburqda oldum, həm Snada oldum,
həm də hətta yaramaz, buradakı keçmiş ağam müşavir
Qintsenin kamerdineri kimi səfər elədiyim Badendə oldum.
Bəli, tam beş ay nökərçilik də elədim. Bu həbsxanadan
sonra baş verdi. (Axı mən burdakı borclarımın birinə görə,
Ruletenburqun həbsxanasında da yatmışdım. Naməlum
adam mənə pul verib, buraxdırmışdı – kimiydi? Mister
|