www.vivo-book.com
48
bu cür sanballı sərvət yığınının gəlib-getməsini eşitmək
sadəcə, ondan ötrü ağırıydı.
Şübhələnirəm ki, dünən axşam onun fransızla hansısa
qızğın mübahisəsi olub. Onlar nəsə üstüörtülü bir şey
haqqında uzun-uzadı, hərarətlə danışırdılar. Fransız elə bil
nədənsə hirslənmiş halda getdi, bu gün səhər tezdənsə,
yenidən generalın yanına gəldi – həm də yəqin ki, dünənki
söhbəti davam etdirməkdən ötrü.
Fransız mənim uduzmağım haqqında deyilənlərə qulaq
asıb istehzayla, hətta acıqla qeyd elədi ki, dərrakəli olmaq
lazımıydı. Bilmirəm niyə, əlavə elədi ki, ruslar çox
oynasalar da, heç nəyə qabil deyillər.
– Mənim fikrimcə isə, ruletka elə yalnız ruslar üçün
yaranıb, – dedim və fransız sözlərimə nifrətlə gülümsünəndə
ona söylədim ki, hər halda, əlbəttə, həqiqət mənim
tərəfimdədi, ona görə ki, oyunçu kimi ruslar haqqında
danışanda, onları tərifləməkdən daha artıq söyürəm, elə bu
səbəbdən də mənə inanmaq olar.
– Axı siz fikrinizdə nəyə əsaslanırsınız? – fransız
soruşdu.
www.vivo-book.com
49
– Səxavətli kəslərin sorğu-sualına və qərb adamının
ləyaqətinin tarixən, az qala kapitalın əldə edilməsinin başlıca
maddəsi olmasına. Ruslarsa, təkcə kapitalı əldə eləməyə
qabil deyillər, həm də onu birtəhər əbəs yerə, necə gəldi sərf
edirlər. Buna baxmayaraq, biz ruslara da pul lazımdı, – əlavə
elədim, – nəticə etibarilə, biz belə, məsələn, ruletka kimi iki
saat ərzində, zəhmət çəkmədən, qəfildən varlanmaq
mümkün olan üsullara çox şad və çox meyilliyik. Bu bizim
izzəti-nəfsimizi çox oxşayır; elə əbəs yerə, zəhmətsiz
oynadığımıza görə də uduzuruq!
– Bu müəyyən qədər ədalətlidi, – fransız özündənrazı
halda qeyd elədi.
– Yox, bu ədalətli deyil, öz vətəniniz haqqında belə
fikir söyləmək sizdən ötrü ayıbdı, – general ciddiyyətlə və
vüqarla dilləndi.
– Əfv edərsiniz, – ona cavab verdim, – axı, düzdü, hələ
heç nə məlum deyil: ruslar biabırçıdı, yoxsa halal zəhmətlə
sərvət yığmağın alman üsulu?
– Bu nə yaramaz fikirdi! – general səsləndi.
– Əsl rus fikridi! – fransız dilləndi.
|