95) Leptospirozun yayılma yolları hansıdır?
A) Vertikal
B) Qan köçürmə zamanı
C) Su
D) Hava - damcı
E) Transmissiv
Leptospiroz xəstəliyi su yolu ilə yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 260
96) Leptospiroza qarşı əhalinin immunizasiyasında hansı vaksin istifadə olunur?
A) Cansız (ölü) vaksin
B) Diri vaksin
C) Anatoksin
D) Kimyəvi vaksin
E) Tetravaksin
Leptospiroza qarşı əhalinin immunizasiyasında cansız (ölü) vaksindən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 263
97) Vəba xəstəliyində epidemioloji cəhətdən kimlər daha təhlükəlidir?
A) Tranzitor vibrion gəzdiriciləri
B) Atipik formaları vəba xəstələri
C) Qeyri - patogen vibrion gəzdiriciləri
D) Xroniki formalı vəba xəstələri
E) Tipik formalı vəba xəstələri
Vəba xəstəliyində epidemioloji cəhətdən tipik formalı vəba xəstələri daha təhlükəlidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 182
Dostları ilə paylaş: |