SəFƏVİLƏr döVLƏTİ


Şirvanşah Fərrux Yəsarla vuruşma



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə14/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   10   11   12   13   14   15   16   17   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Şirvanşah Fərrux Yəsarla vuruşma
1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında,Cəbani adlı yerdə
İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ
cinahında şamlı,solunda isə ustaclı tayfalarının üzvləri durmuşdular.İsmayıl
özü isə mərkəzdə mövqe tutmuşdu: təkəli, rumlu və zülqədər tayfaları
gözətçi dəstələri (çərxçiyan) təyin edilmişdilər. Döyüşdə iştirak etmiş
qızılbaş başçıları sırasında tayfa əlamətləri göstərilməklə aşağıdakı dövlət
sütunlarının adları çəkilir: Abidin bəy Tavaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı,
Məhəmməd bəy Ustaclı, Əhməd bəy Sufi oğlu Ustaclı, Bayram bəy
Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu,(Çuş Mirzə),
İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy
Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ
Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin
Zülqədərli
43
.
Döyüşün əvvəlində İsmayılın özünün olduğu mərkəz istisna
olmaqla qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu.Şirvanlılar sanki
üstünlük əldə etmişdilər. Lakin onların piyada qoşununun hücumunu Səfəvi
süvarisi qarşıladı.Salnaməçilər xəbər verirlər ki, hələ 14 yaşı tamam olmamış
İsmayıl ön sıralarda vuruşur, şəxsi nümunəsi ilə öz tərəfdarlarının döyüş
ruhunu artırırdı. Şirvan qoşunu məğlub olub qaçmağa üz qoydu. Tək qalan
şirvanşah Fərrux Yəsar atını Buğurt qalası istiqamətində çapmağa baçladı.
Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş,atlını təqib edərək
Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yəsar anonim
tarixçinin Hüseyn bəy Lələnin “cilovdarı” adlandırdığı Şahgəldi ağa adlı
qızılbaş tərəfindən vurulub atdan salındı. O, şirvanşahın başını kəsərək
İsmayıla gətirdi. Fərrux Yəsarın meyiti onun atını tanımış əsir şirvanlılar


49
tərəfindən tanındı. Ölənlərin başlarından “minarələr ucaldıldı”, ələ keçirilmiş
qənimət qızılbaşlar arasında bölüşsürüldü. İsmayıl üç gün döyüş meydanında
qaldı,sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla
qarşılandı
44
. Fərrux Yəsarın oğlanlarından biri-təsvir olunan döyüşdən
salamat çıxmış İbrahim (Şeyxşah) Xəzər sahilindəki Şəhrinov şəhərinə
45
gələrək atasının qoşunundan sağ qalanlarını toplamağa başladı. Lakin Xadim
bəy Xüləfanın (Xüləfa bəy) yürüşündən xəbər tutara, gəmilərə oturub Gilana
üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu
tərk edib hicri 906 (1500-1501)-cı ilin qışını keçirmək məqsədilə
Muğandakı Mahmudabada yola düşdü
46
. Salnaməçilərin xəbər verdiyi kimi,
burada İsmayıla bildirdilər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət
etməkdən və “xərac verməkdən” imtina edir. Belə olduqd İsmayıl,
Məhəmməd bəy Ustaclını və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün
göndərdi.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin