Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 244,04 Kb.
səhifə49/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   45   46   47   48   49   50   51   52   ...   66
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Akademik Zərifə Əliyevanın 90 illiyi münasibətilə



Ömrün gözəl illəri

(metodik vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

Biblioqrafiya şöbəsinin müdiri.




  1. Z.Əliyevanın həyat və yaradıcılığı

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur və 1947-ci ildə həmin institutunu müvəffəqiyyətlə bitirmişdir.

1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almışdır.

1957-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, 1982-1985-ci illərdə Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.1977-ci ildə zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

1981-ci ildə oftomologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti,ictimai fəallığı, pedaqoji istedadı, çox illik elmi-tədqiqat işlərində böyük xidmətlərini qiymətləndirən, 1983-cü ildə Zərifə xanım Əliyevanı Azərbaycan SSR EA-nın akademiki seçilmişdir.

Zərifə xanım Əliyeva göstədiyi xidmətlərinə görə orden və medallarla təltif edilmiş, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək ada layiq görülmüşdür.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Nova-Drviçye qəbiristanlığında Bakıya gətirilən, Fəxri Xiyabanda, atasının yanında dəfn olıunmuşdur.




  1. Yüklə 244,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin