Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə54/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   50   51   52   53   54   55   56   57   ...   151
N 73

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 57 -
nail olmaq üçün humanitar düşüncənin rolunun artı-
rılmasına  böyük  ehtiyac  hiss  olunur.  Bax,  noyabrın 
21-də  keçirilən  müşavirədə  akademik  Ramiz  Meh-
diyevin  irəli  sürdüyü  məsələlər  də  bu  ehtiyacın  tə-
min olunmasına yönəlmişdir.   
Lakin ictimai elmlərin rolu və əhəmiyyəti mə-
sələsi  nəinki  adi  şüur  səviyyəsində,  hətta  qabaqcıl 
elm  adamlarımızın  baxışlarında  da  öz  əksini  çox 
vaxt  düzgün  tapmır.  Qloballaşmanın  bayraqdarları 
olan  Qərb  dairələri  tərəfindən  yeridilən  ideologiya 
şüurların daha çox rasionallaşdırılmasına, “elm” adı 
altında da əsasən təbiətşünaslığın və texniki  elmlə-
rin  nəzərdə  tutulmasına  çalışır.  Elmin  ümumbəşəri 
xarakteri,  yəni  bütün  planet  miqyasında  yeganə  bir 
elm olması, bu qlobal  elmin məhz ən güclü dövlət-
lərin maraqlarına xidmət etməsi üçün şərait yaradır. 
Kiçik dövlətlər böyük dövlətlər tərəfindən idarə olu-
nan  elmi  proseslərə  ancaq  köməkçi  qismində  qatıla 
bilir.  Bəşəriyyətin  bütün  intellektual  potensialının 
vahid  mərkəzdən  idarə  olunması  bir  neçə  vasitələri 
ilə həyata keçirilir. Bunlardan biri “beyinlərin axını” 
prosesidir. Yəni mühitsizlik ucbatından bütün xalq-
ların  istedadlı  alimləri  gözəl  elmi  mühit  yaradılmış 
ölkələrə  axışır.  Digər  bir  üsul  isə  istedadlı  alimləri 
elə  öz  ölkələrində  işlətmək,  böyük  layihələrin  qol-
budağını  “milli  elm”  illüziyası  yaratmaq  iddiasında 
olan dövlətlərin öz maddi vəsaiti və intellektual po-
tensialı  hesabına  həyata  keçirməkdir.  Onsuz  da  bu 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin