SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə126/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   122   123   124   125   126   127   128   129   ...   330
QOHUMLUQ ƏLAQƏLƏRİNİN FƏZİLƏTİ - Əbu Hureyrə –radiyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! Mənim qohum-əqrabam vardır. Mən onlarla əlaqələri möhkəmləndirirəm, onlar isə əlaqələri kəsirlər. Mən onlara yaxşılıq edirəm onlar isə pisliklərindən geri qalmayıb məni təhqir edib söyürlər (mən də onların bu etdiklərinə səbr edib onları bağışlayıram)». Peyğəmbər: «Əgər durum sən dediyin kimidirsə belə etdikcə onlara qızğın kül yedirtmiş kimisən. Sən bu vəziyyətdə yaxşılığına davam etdikcə onlara qarşı Allahdan bir yardımçı daima səninlə birlikdədir» deyə buyurdu564. AbdurRahman b. Auf –radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən o, da öz Rəbbindən rəvayət edir ki, Allah – subhənəhu və təalə – buyurdu: «Mən Rahmənəm və (qohumluq əlaqələrini) Rahimi mən yaratdım və İsmim olan Rahməndən ona isim deyə rahim verdim. Kim qohum-əqrabaya yaxşılıq edərsə (əlaqələri möhkəmləndirərsə) mən də ona yaxşılıq edərəm. Kim də ondan (yaxşılığı) kəsərsə Mən də ondan (yaxşılığı) kəsərəm»565. Abdullah b. Amr – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – barmağını bizə işarə edərək buyurdu: «Rahim, Rahmən ismindən ayrılmadır (onun bir hissəsidir). Onun haqqını kim qoruyarsa, Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər. Qiyamət günü onun bəlağətli dili olacaqdır»566. Aişə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rahim, Allahın rəhmətinin əsərlərindəndir. Kim onun haqqını yerinə yetirərsə Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər»567.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin