SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


ZİNA ETMƏK «Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur»



Yüklə 3,12 Mb.
səhifə131/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   127   128   129   130   131   132   133   134   ...   330
ZİNA ETMƏK

«Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). «Zinakar kişiyə və qadına 100 çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa Allaın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun». (ən-Nur 2). «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qaın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu möminlərə haram edilmişdir» (ən-Nur 3). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»602. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yollarda (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu603. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu604. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Cərir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ani (təsadüfü) baxış haqqında soruşdum o, buyurdu: «Gözünü çevir»605. Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında idik. Yanımda Meymunə - radıyallahu anhə – də vardı. Bu vaxt (kor olan) Ummu Məktub gəldi. Bu hadisə artıq örtünmək əmr olunmasından sonra baş vermişdir. Peyğəmbər: «Örtünün» deyə buyurdu. Biz: «Ya Rsulullah! Məgər o, kor deyil? Bizi nə görür, nə də tanıyır» dedik. Peyğəmbər: «Bəlkə siz də korsunuz və onu görmürsünüz» deyə buyurdu606. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)»607. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»608. Qureyşli bir gənc Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! İzn ver zina edim». Səhabələr ona yaxınlaşıb sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – yaxın gəl deyə buyurdu. O, kimsə yaxınlaşdıqda Peyğəmbər: «Öz anana rəva bilərsən?». O: «Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin» dedi. Peyğəmbər: «Həmçinin insanlar da bunu öz analarına rəva bilmirlər. Bunu öz qızına istəyərsən?». O: «Allaha and osun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz qızlarına istəmirlər. Bunu öz bacın üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bacıları üçün istəmirlər. Bunu öz bibin üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bibiləri üçün istəməzlər. Bunu öz xalan üçün istəyərsən?». O: «Allaha and olsun i, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «həmçinin insanlar da bunu öz xalalrı üçün istəməzlər». Peyğəmbər – sallallahu aleyhi və səlləm – əlini onun çiyninə qoyub buyurdu: «Allahım! Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»609.

Zina ən böyük günahlardan biridir. Zinanın fəsadı ən böyük fəsad olduğuna görə həmçinin də nəsəblərin, ailələrin korlanmasına görə, hörmətlərin qorunmasına zidd olduğuna görə, insanlar arasında böyük düşmənçiliyə səbəb olduğuna görə ən böyük günahlardan sayılır. Buna görə də zina şirk və öldürməkdən sonra üçüncü böyük günahdır. Allah – subhənəhu və təalə – də zinanın öz kitabıbda ölümlə yanaşı gətirmişdir. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: «Mən insan öldürməkdən sonra zinadan daha böyük bir günah bilmirəm». «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə Allah zinanı şirk, adam öldürmək ilə bərabər zikr etmiş və bunun cəzasını qul tövbə, iman, saleh əməllə silmədikcə alçaldığcı bir əzabla əbədi Cəhənnəm olduğunu bildirmişdir. «Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). Bunun çirkinliyi o, dərəcəyə çatmışdır ki, hətta ağıllarda da, hətta bir çox heyvanlarda da çirkinliyi sabit bir fahiş bir əməldir. Amr b. Meymun əl-Əzdi rəvayət edir ki: «Mən cahiliyyədə bir meymunun başqa bir meymunla yaxınlıq etdiyini, digər meymunların da yığılaraq onu daş-qalaq etdiyini gördüm»610.

Sonra Allah zinanın qayəsini bildirərək buyurur: Zina pis bir yoldur. Çünki zina və onun yolu dünyada həlak, rüsvayçılıq, peşmançılıqdır. Axirətdə olan yolu isə əzab, rəzillik və cəzadır. İnsanın öz ögey anası ilə evlənməsi daha çirkin bir əməl olduğu üçün Allah buyurur: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və çirkin bir yoldur». (ən-Nisa 22).

Allah bəndəsinin xoşbəxtçiliyini onun öz ayıb yerini qorumasında quymuşdur. Əgər o, ayıb yerini qorumasa onun xoşbəxtçiliyinə zəmanət verilməmişdir. «O, kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar». (əl-Muminun 5-6). Burada üç şey əhatə olunmuşdur: Əgər insan ayıb yerini qorumazsa o, xoşbəxt olmaz, o qınananlardan və həddi aşanlardandır. Allah insan haqqında buyurur ki: İnsan kəmhövsələ yaradılmışdır. Ümumən insan belə yaradılmışdır. Lakin ayədən görün-düyü kimi istisna da vardır. «Həqiqətən insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O, kəslər ki, daim namaz qılarlar. O, kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün. O, kəslər ki, haqq-hesab gününü təsdiq edərlər. O, kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O, kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O, kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. O, kəslər ki, düzgün şəhadət verərlər. O, kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35).


Səhl b. Sad radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Csənnəti zəmanət verərəm»611. İbn Məsud - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir müsülmanın qanı üç haldan birində halal olur. Zina edən evli, qana-qan (qisas) və dini tərk edib, cəmaatdan gedərsə»612. Bu hədisdə zina küfr və qisas ilə yanaşı gəldiyi kimi həmçinin: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə şirk, öldürmək və zina tərtib ilə zikr edilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm burada ən çox baş verən şeyləri zikr edir. Zina adam öldürməkdən daha çox baş verir. Adam öldürmək isə mürtədlikdən daha çox olur. Peyğəmbər sallallahu aleyhi və səlləm burada günahları böyüklüyünə görə də tərtib etmişdir. Zinanın pozuntusu bütün aləmin məsləhətinə ziddir. Əgər qadın zina edərsə o, öz ailəsinə, qohumlarına «AR» daxil edir və onların başını insanlar arasında aşağı edir. Evli olduğu halda zina edərsə öz ailəsinə onlardan olmayan əcnəbini daxil edir. O, əcnəbi uşaq onlardan olmadığı halda onlara varis olur, onlarla baş-başa qalır, onlardan olmadığı halda onların kökünə nisbət edilir. Qadının zina etməsinin bundan başqa nə qədər zərərləri vardır. Kişinin zina etməsi isə nəsəbinin qarışmasını, ismətli qadının korlanmasını, onun tələf olmasına, pozğunçuluğuna gətirib çıxardır. Bu böyük günah dünyanı və dini də korlayar. Bu zina səbəbilə neçə-neçə haramlar halal edilmiş, haqlar tapdalanmış və neçə zülmlər edilmişdir. Həmçinin də zinanın cəzalarından kasıbçılığı vacib edir, ömrü qısaldır, zina edən kimsənin üzünü qaraldır və insanlar arasında qəzəbə düçar olur (insanlar tərəfindən nifrətlə qarşılanır). Qəlbi dağıdır, öldürməsə də qəlbi xəstələndirir. Dərdi, qəmi və kədəri gətirir. Sahibini mələklərdən uzaqlaşdırır və ona şeytanı yaxınlaşdırır. Öldürməkdən sonra zinadan daha böyük və zərərli bir şey yoxdur. Buna görə də zina edən kimsə üçün ən şiddətli cəza tətbiq olunmuşdur. Əgər bir kimsə eşitsə ki, onun yaxını, zövcəsi öldürülüb bu onun üçün zina etməsini eşitməsindən daha yüngül olar. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə: «Sadın qısqanclığı sizi təəcübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Şübhə yox ki, Allah qısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»613. Peyğəmbər sallallahu aleyhi və səlləm in Kusuf namazında duada zinanı vurğulamasında fikirləşən insan üçün misilsiz bir sirr vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm Kusuf namazını qıldıqdan sonra buyurdu: «Ey Muhəmməd ümməti! Allaha and olsun ki, kişinin və ya qadının zina etməsindən ötrü Allah qədər qısqanc olan kimsə yoxdur»614. Kusuf namazından sonra bu böyük günahdan bəhs edilməsində düşünən kimsə üçün bir sirr vardır. Zinanın aşkar edilməsi dünyanın xarab olmasının əlamətlərindəndir. Qiyamətin əlamətlərindən də sayılmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm zinanın aşkar edilməsini Qiyamətin əlamətlərindən saymışdır615. Zina zühr etdikdə Allahın qəzəbi şiddətlənir. Allah qəzəbləndiyi zaman onun qəzəbi yerə cəza tərəfdən təsir etməlidir. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir məmləkətdə zina ortaya çıxarsa Allah o, məmləkətin həlakına izn verər».

ZİNANIN CƏZASI - Zinanın cəzası başqa cəzalardan üç şeylə fərqlənir. BİRİNCİ - Zinakarın öldürülməsi ən pis dərəcədə öldürülməkdir. Onun ən yüngülü isə evli olmayan kimsəyədir ki, qamçılanması və bir il də yaşadığı dövlətdən sürgün edilməsidir. Birisi bədənə, digəri isə qəlbə olan cəzadır. İKİNCİ - Allah öz bəndələrini çəkindirir zinakara qarşı yumşaq davranmaqdan. Qadağan etmişdir ki, onlara olan şəfqət, mərhəmət bu həddi tətbiq etməkdə mane olmasın. Allah öz şəfqətinə və rəhmətinə görə onlara bu cəzanı tətbiq etmişdir. Allah onlardan bu bəndələrinə daha yaxındır və onlar üçün nəin xeyirli olduğunu daha yaxşı bilir. Allahın rəhməti bu cəzanı əmr etməyə mane olmadı. Həmçinin sizin qəlbinizdə də olan şəfqət bu həddi tətbiq etməyə mane olmasın. Çünkü insanlar zinakara qarşı sərt qəlbli olmurlar. İnsanların qəlbi zinakara rəhm edir. Oğruya, içki içənə qarşı isə belə deyildir. Onlara qarşı daha şiddətli olurlar. Bu rəhm etməyin ən böyük səbəblərindən də biri eşqdir. Qəlblərdə sevənə qarşı rəhm edir və insanların çoxu da aşiqə kömək etməyi Allaha yaxınlaşdıran bir əməl kimi görürlər. Aşiqə yardım etməyi itaətdən sayırlar. Sən bu işi qəribə görmə. Heyvana oxşayanlarda artıq bu hisslər yerləşmişdir. Bu da ən çox ağıl və din tərəfdən naqislik olanlarda baş verir. Qadınlar tərəfindən. Həmçinin də başqa günahlardan fərqli olaraq zina qarşılıqlı razılıqla olur. Zorla və təcavüz nəticəsində olmur. Bunların hamısıda imanın zəifliyinə görə baş verir. ÜÇÜNCÜ - Allah bu cəzanı bütün insanların qarşısında etməyi əmr edib. Gizlində edilməsi əmr edilməyib. İnsanlar qarşısında olduğuna görə bunun məsləhəti daha böyük və hikməti daha ucadır. Bu cəzanın alınması Lut qövmünə verilən cəzadan alınmışdır. Çünki onların üzərinə daş yağdırılmışdır. Zina və Lut qövmünün əməli fuhuşluqda müştərəkdirlər. Hər birində elə bir pozuntular vardır ki, Allahın yaratdığında, əmrində olan hikmətinə ziddir.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin